Çin səfəri çərçivəsində keçirilən rəsmi qarşılanma mərasimində İran prezidenti Məsud Pezeşkianın Çin Xalq Respublikasının Sədri Si Cinpinin həyat yoldaşı Pinq Liyüen ilə görüşü zamanı əl sıxmaması sosial mediada və beynəlxalq mətbuatda geniş müzakirələrə səbəb olub.
Gündəm24.az xəbər verir ki, paylaşılan videoda Pezeşkianın protokol çərçivəsində qadınlarla fiziki təmasdan, o cümlədən əl sıxmaqdan imtina etdiyi açıq görünür.
Qeyd edək ki, bu davranış, İran İslam Respublikasında 1979-cu il inqilabından sonra formalaşmış rəsmi dini və ideoloji baxışlarla izah olunur.
Bildirilib ki, bir çox müasir diplomatik dairələrdə əl sıxmaq hörmət, razılıq və xoş niyyətin ifadəsi hesab edilir. Bu səbəbdən, belə hadisələr zaman-zaman anlaşılmazlıqlara və mədəni ziddiyyətlərin qabardılmasına gətirib çıxarır.
Gündəm24.az,
Mövlam RZALI
Oxunub: 117