Məhvetmə radiusu bütün planeti əhatə edən maye yanacaqlı DF-5C strateji qitələrarası nüvə raketi ilk dəfə Pekində keçirilən paradda nümayiş etdirilib.
Gündəm24.az xəbər verir ki, parad şərhçisi bu nüvə silahının qorxutmaq deyil, planetdə strateji təhlükəsizliyi və sülhü təmin etmək məqsədi daşıdığını bildirib.
Qeyd edək ki, Çin sentyabrın 3-də Pekinin Tiananmen meydanında Çin Xalqının Yaponiya təcavüzünə qarşı Müqavimət Müharibəsində və İkinci Dünya Müharibəsində qələbənin 80-ci ildönümünü qeyd etmək üçün hərbi parad keçirib.
Oxunub: 29