Sentyabr ayının 1-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının "Qubadlı" əlahiddə sərhəd diviziyasının xidməti ərazisində Ermənistandan Azərbaycan istiqamətinə dövlət sərhədinin pozulması əlamətləri aşkar edilib.
Bu barədə
Gündəm24.az xəbər verirki,DSX-dən məlumat verilib.
Qeyd olunub ki, çətin relyefə malik olan, dağlıq və sıx meşəlik ərazidə həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində dövlət sərhədini pozmuş İraq vətəndaşı – 2002-ci il təvəllüdlü Ali Emad Attallah Badravi saxlanılıb.
Vurğulanıb ki, fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
Oxunub: 38