Suriya 14 ildən sonra ilk dəfə olaraq neft ixracına başlayıb.
Gündəm24.az xəbər verir, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, ticarət şirkəti ilə bağlanmış müqavilə çərçivəsində 600 min barel xam neft göndərilib. Avqust ayında ABŞ-ın tətbiq etdiyi bəzi məhdudiyyətlərin aradan qaldırılması bu prosesi mümkün edib.
Suriyanın Energetika Nazirliyi bildirib ki, bu addım ölkənin neft sektorunun dirçəldilməsi və beynəlxalq şirkətlərlə əməkdaşlıq imkanlarının genişləndirilməsi üçün mühüm əhəmiyyət daşıyır.
Yaxın vaxtlarda yeni tədarüklərin də həyata keçiriləcəyi gözlənilir.
Xatırladaq ki, Suriyada 2011-ci ildə başlayan böhran və Qərbin sanksiyaları səbəbindən ölkə on ildən artıq neft ixrac edə bilmirdi.
Mövlam RZALI,
Gündəm24.az
Oxunub: 42