Pakistanda ordunun istifadəsində olan “Mi-17” tipli hərbi helikopterin qəzaya uğraması faciə ilə nəticələnib. Hadisə ölkənin şimal bölgəsində baş verib. Pakistan Ordusunun mətbuat xidməti bildirib ki, helikopterdə olan bütün 5 nəfər həlak olub.
gundemtv.az xəbər verir ki, qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır. İlkin ehtimallara görə, texniki nasazlıq və əlverişsiz hava şəraiti qəzaya səbəb ola bilər. Qəza yerinə təcili yardım və xilasedici qruplar cəlb edilib, cəsədlər yaxınlıqdakı hərbi hospitala çatdırılıb. Ölənlər arasında helikopterin heyəti və hərbi qulluqçular olub.
Qeyd edək ki, bu, son bir ayda Pakistanda “Mi-17” tipli helikopterin ikinci qəzaya uğramasıdır. Daha əvvəl Xayber-Paxtunxva əyalət hökumətinə məxsus “Mi-17” helikopteri Bəcavr bölgəsində qəzaya uğramış, hadisə nəticəsində ciddi dağıntılar qeydə alınmışdı.
“Mi-17” helikopterləri Pakistan ordusunda geniş istifadə olunur. Onlar həm döyüş əməliyyatlarında, həm də humanitar və xilasetmə missiyalarında mühüm rol oynayır. Lakin son illər bu tip helikopterlərin qəza halları artmaqdadır. Ekspertlər hesab edir ki, texniki baxış və modernizasiya proseslərinin gücləndirilməsi zəruridir.
Əli Səfərli,
gundemtv.az
Oxunub: 74