• Haqqımızda
  • Peşə etikası
  • Əlaqə
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Digər
    • Qarabağ
    • Son dəqiqə
    • Hadisə
    • Dünya
    • Analitika
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
    • Video
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Səhiyyə
  • Şou-biznes
  • Maraqlı
  • Video

Ehsan israfına son qoyulur, bəs bahalı məzar daşı?

Cəmiyyət / Son dəqiqə

2-09-2025, 08:12



Deputat Fazil Mustafa yas mərasimlərində ehsanın sadələşdirilməsini təqdir edib və bahalı məzar daşları mövzusunu gündəmə gətirib. Onun sözlərinə görə, Azərbaycanda birbaşa yas mədəniyyətsizliyi var: “Sizin vəfat edən şəxsə xərclədiyinizin ona bir aidiyyəti varmı? Qalanlara, yaşayanlara bu xeyirxahlığı etməlisiniz ki, mərhumun ruhu sevinsin. Hələ mənasız şəkildə şöhrətpərəst çoxluğun qəbir daşlarına yatırdığı əhəmiyyətli vəsaiti demirəm. Bəzi yerlərdə yüz-yüz əlli nəfər tapılır ki, bu mənasız adətləri sadələşdirsin. Əlbəttə, bəyənilən addımdır. İsrafçılığın hər növündən uzaqlaşmaq lazımdır. Yas mərasimlərini qarın doyuzdurma prosesindən təmizləmək lazımdır. Eləcə də vaxt israfından. Gəl bir stəkan çayını iç, başsağlığı ver get. Yas sahibini də əlavə xərcə, lüzumsuz əziyyətə salma. İmkan ver öz kədərini başqa qayğılarla yüklənmədən yaşasın”.

Hazırda məzar daşı ölü yiyəsi üçün ən əsas xərclərdən biridir. Ən ucuz məzar daşı 500-800 manatdır. Amma əksəriyyət dəbdəbəyə qaçır və bahalı qəbir düzəltdirir. Halbuki İslamda bəyənilən addım deyil. Hətta din buyurur ki, məzar daşı kiçik olmalı və itməlidir. Amma Azərbaycanda büstlər, heykəllər qoyduranlar var. Bu da böyük xərc tələb edir, üstəlik, bəhsə çevrilir, yəni imkanı olmayanlar məcbur qalır ki, ayaqlaşsın. Bu ənənəyə son qoymaq üçün təbliğat aparmaq çıxış yoludurmu, yoxsa insanların məzar daşı seçiminə qarışmaq düzgün deyil?

Mövzu ilə bağlı millət vəkili Ceyhun Məmmədov “Yeni Müsavat”a danışıb. Deputat təəssüflə qeyd edib ki, bu gün Azərbaycanda həm toy məclislərində, həm də yas mərasimlərində israfçılıq ən yüksək səviyyədədir: “Bu israfçılıq təkcə yas mərasimlərinin dəbdəbəli təşkil olunmasında özünü göstərmir, həm də insanların bahalı qəbir daşları ilə yarışa girməsində aydın görünür. Əslində 500-800 manatlıq standart məzar daşları kifayət etdiyi halda, insanların əksəriyyəti qiyməti 7-10 min manat arasında dəyişən mərmər daşlarına üstünlük verir.

Bu gün Azərbaycanda milyonlarla, hətta milyardlarla vəsait qəbir daşlarına sərf olunur. Halbuki bunun ölüyə heç bir faydası yoxdur. Təəssüf ki, həyatda ikən valideyninə dəyər verməyən bəzi insanlar onların vəfatından sonra bahalı məzar daşı qoymaqla təsəlli tapmağa çalışırlar".

Millət vəkili həmçinin qeyd edib ki, əslində bu məsələ ilə bağlı müəyyən normativ aktlar mövcuddur: “Mən vaxtilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində çalışanda belə bir qanun layihəsinin hazırlanmasına başlamışdıq. Sənəddə qəbir daşlarının və qəbirlərin hansı formada olmalı olduğu göstərilmişdi. Sonradan həmin sənəd təsdiqləndi. Hesab edirəm ki, ümumiyyətlə, bu sahədə hüquqi sənədin mövcudluğu və müəyyən tənzimləmələrin olması çox vacibdir.

Yas mərasimləri ilə bağlı isə iki yol var: birincisi inzibati tədbirlər, ikincisi isə insanların könüllü şəkildə bu qaydalara əməl etməsi. Təəssüf ki, insanlar çox vaxt könüllü deyil, məcburi qaydaları daha tez anlayırlar.

Bu gün ölkənin böyük maliyyə vəsaiti bahalı daşlara sərf olunur. Ona görə də mütləq şəkildə bu məsələni tənzimləmək lazımdır. Qəbir daşlarının qoyulmasına müəyyən məhdudiyyətlər tətbiq edilməlidir. Artıq insanlar qəbirlərin üzərində ev tipli tikililər, çardaqlar, oturacaqlar, hətta şkaflar qururlar. Bütün bunların qarşısı alınmalıdır. Qəbir yerləri standart olmalıdır. Necə ki, dövlət qəbiristanlıqlarında bu məsələ konkret qaydalarla tənzimlənib, eləcə də bütün qəbiristanlıqlarda bu standartlara əməl edilməlidir.

Təəssüf ki, insanlar bəzən boğazlarından, övladlarının dolanışığından kəsərək bu addımları atırlar. Halbuki bu gün dünyada milyonlarla insanın pula, ərzağa, suya ehtiyacı olduğu bir vaxtda belə dəbdəbə və israfçılıq qəbuledilməzdir".

Dini məsələlər üzrə ekspert Kənan Rövşənoğlu isə qeyd edir ki, bahalı daşlar, mərmər, qranit başdaşı son 100 ildə ortaya çıxmış adətlərdəndir və bunun dinlə əlaqəsi yoxdur: “Ancaq ümumiyyətlə, dəbdəbəli məzar daşları antik dövrdən qalma bir ənənədir, nüfuzlu ailələr, varlı, tanınan şəxsiyyətlərin sərdabə mədəniyyəti olub. Romada, Qədim Yunanıstan, hətta Misirdə olub.

Sərdabə qəbirlər müsəlman ölkələrində də var, ailə qəbir yeri kimi istifadə olunur, oarda bir neçə cəsəd dəfn olunur. İndi də bir çox xristian ölkələrində, xüsusilə də katoliklərdə bu var. Bizdə isə sərdabə məzarlar geniş yayılmasa da, daha çox bahalı başdaşı qoymaq ənənəsi var. Bu bir növ zənginlik göstəricisidir. Yəni daha zəngin ailələr və ya özünü zəngin göstərənlər dünyadan köçənləri üçün belə bahalı daşlar qoyurlar. Əlbəttə, bu cür məişət adətlərinin dini əsası yoxdur, xalqın öz adətidir. Bunu zamanla maariflənmə ilə aradan qaldırmaq olar".

Kənan Rövşənoğlu həmçinin vurğulayıb ki, Azərbaycan xalqı İslamdan əvvəl də qəbirlərinə təkcə dünyadan köçən adamın dəfn edildiyi yer kimi deyil, həm də bir tarix, o yerə bağlılıq işarəsi kimi yanaşıb: “Qədimdən bizdə kurqan qəbirlərin olması bizim xalqda qəbiristanlıq ənənəsinin güclü olduğunu göstərir. Yəni bu məsələdə hədəf lazımsız xərc, israf olan bahalı başdaşı olmalıdır, nəinki qəbir. Əsas məqsəd israfın aradan qalxmasıdır. Dediyim kimi, qəbir ənənələri xalqlara görə dəyişir, İslam dini qəbirlə bağlı konkret konsepsiya təqdim etməyib. Ana xətt israf və dəbdəbədən uzaq, orta xətdir”.

Oxunub: 533
Paylaş:
Digər xəbərlər

Manşet / Cəmiyyət

30-08-2025, 17:40

Deputatdan Nadir Qafarzadənin bu hərəkətinə reaksiya

Cəmiyyət / Son dəqiqə

30-08-2025, 09:51

“AYNA əvvəlcə öz “ayna”sına baxsın” - Deputatdan sərt sözlər

Manşet / Cəmiyyət

29-08-2025, 10:30

Azərbaycanda ən çox təqaüdü bu şəxslər alır — SİYAHI

Manşet / Siyasət

27-08-2025, 10:11

Prezident İlham Əliyev “Əl-Ərəbiyə” kanalına müsahibə verib: Ölkə başçısından mühüm mesajlar(CANLI)

Manşet / Son dəqiqə / Hadisə

25-08-2025, 07:32

Müğənni Rəqsanə ərinə hansı mesajı göndərib? - ŞOK DETALLAR ÜZƏ ÇIXDI

Araşdırma
Milyarder Fərhad Əhmədova ŞOK: 5 milyonluq borca görə 100 milyonluq əmlakı əlindən alınır!
Ən çox etibarlı işlənmiş alman MAŞINLARI
Kriminal
10-01-2026, 14:00
Ötən gün Azərbaycanda 72 nəfər saxlanılıb – Səbəb
27-12-2025, 12:00
Özünü şəhid xanımı kimi təqdim etdi: 22 min mənimsədi
25-12-2025, 15:30
Mnatsakanyan son söz çıxışını yekunlaşdırdı
23-12-2025, 15:30
10 yaşlı Nərminin qətli: İlkinlə bağlı qərar verildi
4-12-2025, 23:13
Xankəndidə təxribat planlaşdıran Karenin məhkəməsinin vaxtı…
13-09-2025, 13:00
“Vüsal 300” barəsində cinayət işi başlanıldı - Ofisi möhürləndi
Son xəbərlər
  • Dün, 23:30
    “Predator” layihəsi — Rusiya yüksək hündürlüklərdə döyüş PUA-sı qurur
  • Dün, 19:00
    Hava kəskin soyuyur: Temperatur 10 dərəcə enəcək – Qar yağacaq
  • Dün, 17:30
    Prezidentdən Bakı sakinlərinə ŞAD XƏBƏR
  • Dün, 15:30
    Can Yaman sərbəst qalıb — sosial mediada ilk mesajını yayımladı
  • Dün, 12:00
    Əraqçi diplomatik görüşdə İrana qarşı artan təhdidləri açıqladı
  • Dün, 10:00
    Cəbhədə kritik zərbə — Ukrayna bölmələrinin dəyişdirilməsi prosesi pozuldu
  • Dün, 08:30
    Bakıda evdən meyit tapıldı
  • 10-01-2026, 17:00
    Dini konfessiyaların Məşvərət Şurasından Prezidentə məktub
  • 10-01-2026, 15:30
    Sabah Bakıda 16 dərəcə isti olacaq
  • 10-01-2026, 14:00
    Ötən gün Azərbaycanda 72 nəfər saxlanılıb – Səbəb
  • 10-01-2026, 07:30
    Ukrayna Azərbaycana təşəkkür etdi
  • 9-01-2026, 17:00
    Üç televiziya və bir radionun yayımı dayandırılacaq
  • 9-01-2026, 14:00
    Rəqsanə ilə bağlı qərar verildi
  • 9-01-2026, 11:30
    24 yaşlı gənc faciəvi şəkildə öldü
  • 9-01-2026, 10:00
    Qaradağda müəllim direktor müavinini döydü
  • 9-01-2026, 09:00
    Sumqayıtda zavodda partlayış: xəsarət alan var
  • 8-01-2026, 21:00
    ZNPP-DƏN AÇIQLAMA: Ukrayna üçüncü nüvə fəlakətinə yol verməməlidir
  • 8-01-2026, 14:00
    TRAMPDAN ŞOK QORXU: Venesueladakı əməliyyat “Karterin fəlakəti”nə çevrilə bilər
  • 8-01-2026, 09:00
    Dumanlı hava nə vaxtadək davam edəcək?
  • 8-01-2026, 07:30
    “Nərimanov”da faciəvi şəkildə ölən şəxsin kimliyi məlum oldu
  • 7-01-2026, 23:00
    “Qaçqınkom“ iddialara cavab verdi – “Əsassız fikirlər hüquqi məsuliyyət yaradır”
  • 7-01-2026, 21:00
    Xatirənin gözü tutuldu
  • 7-01-2026, 20:30
    Uşaqların peyvəndlənməsi ilə bağlı valideynlərə müraciət
  • 7-01-2026, 19:30
    ABŞ Rusiyanın neft tankerini ələ keçirdi – FOTO
  • 7-01-2026, 18:00
    Dini qurumlara maliyyə yardımı ayrıldı – Sərəncam
  • 7-01-2026, 11:30
    Faciəvi şəkildə ölən ata-oğul və sürücü
  • 7-01-2026, 10:00
    Qusarda kişi, arvadı və nəvəsi dəm qazından zəhərləndi: ölən var
  • 7-01-2026, 09:00
    “Sosial eksperiment” adı altında dələduzluq etdi, saxlanıldı
  • 7-01-2026, 08:30
    Dumanlı hava nə vaxtadək davam edəcək?
  • 7-01-2026, 07:30
    Bakıda 23 yaşlı gənc faciəvi şəkildə öldü
  • 6-01-2026, 20:30
    Bu istiqamətdə daha 10 avtobus xəttə buraxılacaq
  • 6-01-2026, 20:00
    Azər Zahid və köməkçisi ilə bağlı qərar verildi
  • 6-01-2026, 15:30
    “Onların adı qara siyahıya salınsın, cinayət işi açılsın”
  • 6-01-2026, 09:30
    Məktəblərdə 5 gün dərs olmayacaq
  • 6-01-2026, 09:00
    Maduro və həyat yoldaşı bu həbsxanada saxlanılır
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Peşə etikası
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • E-mail: gundem24.az@gmail.com
  • Telefon: (+99455) 384 61 39
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Səhiyyə
  • Şou-biznes
  • Maraqlı
  • Dünya
  • Analitika
  • Video
Müəllif hüquqları qorunur.Gundemtv.az 2025
Gundemtv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə