Şimali Koreya lideri Kim Çen In ölkədə “hamburger”, “karaoke” və “dondurma” sözlərinin işlədilməsini rəsmi şəkildə qadağan edib.
gundemtv.az xəbər verir ki, yeni qaydalara əsasən, kurortlarda turistlər və yerli əhali bu məhsulları yalnız dəyişdirilmiş adlarla çağırmalıdır. Belə ki, “hamburger” əvəzinə “ikiqat çörək içliklə”, “dondurma” yerinə “eseukimo”, “karaoke” isə “ekran müşayiətli maşın” adlandırılacaq.
Əli Səfərli, gundemtv.az
Oxunub: 119