İstanbulun Bayrampaşa Bələdiyyəsinə qarşı aparılan korrupsiya araşdırması çərçivəsində bələdiyyə başçısı Həsən Mutlu saxlanılıb.
gundemtv.az xəbər verir ki, məlumata görə, istintaq çərçivəsində ümumilikdə 48 nəfər barəsində həbs qərarı çıxarılıb. Şübhəlilərə qarşı “rüşvət vermək və almaq, mənimsəmə və tenderlərə müdaxilə” kimi ağır ittihamlar irəli sürülüb.
Hazırda araşdırmalar davam etdirilir və saxlanılan şəxslərin ifadələri alınır.
Oxunub: 113