Rusiya qazının İran ərazisinə ötürülməsi artıq yaxın aylarda başlaya bilər. Bu barədə 8 sentyabrda Tehranda keçirilən 19-cu Iranplast beynəlxalq sərgisinin açılış mərasimində İranın Rusiyadakı səfiri Kazım Cəlali bildirib.
gundemtv.az xəbər verir ki, diplomatın sözlərinə görə, sentyabrın ortalarında Rusiya nümayəndə heyəti Tehrana səfər edəcək. Görüş zamanı həll olunmamış yeganə məsələ — qazın qiyməti müzakirə olunacaq:
“Gələn həftə Rusiyanın enerji sektorundan rəsmilər Tehrana gələcəklər ki, Rusiyadan qaz idxalı məsələsində danışıqları yekunlaşdırsınlar. Qiymətdən başqa bütün məsələlər razılaşdırılıb”.
Cəlali qeyd edib ki, birinci mərhələdə ildə 1,8–2 milyard kubmetr qazın tədarükü planlaşdırılır və bunun üçün mövcud infrastruktur kifayətdir. Lakin ikinci və üçüncü mərhələlər üçün Azərbaycan ərazisindən keçəcək yeni boru kəmərlərinin tikintisi tələb olunacaq.
Diplomatın sözlərinə görə, bu layihəyə investisiyanı Rusiya öz üzərinə götürəcək. Lakin növbəti mərhələlərin detalları açıqlanmayıb.
Əli Səfərli,
gundemtv.az
Oxunub: 134