Sosial şəbəkələrdə Elxan Nəbiyevin ölümü barədə məlumat yayılıb.
gundemtv.az xəbər verir ki, məlumata görə, o, Azərbaycandan kənarda həyatını itirib. Ötən il “Qurani-Kərim”i yandırması ilə ölkədə böyük etirazlara səbəb olan Nəbiyev həm sosial mediada, həm də ictimai platformalarda tənqid mərkəzində olub.
Hazırda onun ölümünün cinayət xarakterli olub-olmaması ilə bağlı araşdırmalar aparılır.
Məlumatda qeyd olunur ki, Nəbiyevin həyatına qəsd edildiyi iddia olunur və yerli hüquq-mühafizə orqanları məsələni araşdırmaq üçün əlaqədar tərəflərlə əməkdaşlıq edir.
Əli Səfərli,
gundemtv.az
Oxunub: 97