Ermənistan məhkəməsi arxiyepiskop Mikael Acapaxyanın həbs müddətini daha bir ay – oktyabrın 6-dək uzadıb. Bu barədə yerli KİV məlumat yayıb.
gundemtv.az xəbər verir ki, növbəti məhkəmə iclası sentyabrın 15-nə təyin olunub.
Xatırladaq ki, arxiyepiskop Acapaxyan iyunun 29-da hakimiyyəti zorla ələ keçirməyə açıq çağırışlar və suverenliyin sarsıdılmasına yönəlmiş fəaliyyətlərdə ittiham olunaraq həbs edilmişdi.
Əli Səfərli,
gundemtv.az
Oxunub: 15