İran rusiyalı turistlərin ölkəyə vizasız girişini məhdudlaşdırıb. Artıq Rusiya vətəndaşları turist vizalarını özləri əldə edə bilməyəcək, bunun üçün yalnız İran turizm şirkətləri vasitəsilə müraciət mümkündür.
gundemtv.az xəbər verir ki, rus tur-operatorları yalnız bu şirkətlərlə əməkdaşlıq edə biləcək.
İran səfirliyinin izahına görə, belə tədbirlər Yaxın Şərqdə gərginliyin artması fonunda "arzuolunmaz şəxslərin girişinin qarşısını almaq" məqsədini daşıyır.
Əli Səfərli,
gundemtv.az
Oxunub: 79