Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, ölkəyə giriş vahid dövlət prinsipləri əsasında tənzimlənəcək.
gundemtv.az xəbər verir ki, hökumət müasir pasport nəzarət texnologiyalarını, o cümlədən elektron oxuma cihazlarını tətbiq etməyi planlaşdırır. Sərhədçilər yalnız şübhəli şəxslər aşkar edildikdə müdaxilə edəcəklər.
Yeni sistemin ölkənin bütün quru sərhədlərində və aeroportlarda tətbiq olunması nəzərdə tutulur.
Əli Səfərli,
gundemtv.az
Oxunub: 95