Türkiyə 2025-ci il sentyabrın 1-də ATƏT Nazirlər Şurasının Minsk qrupu və onunla bağlı strukturların ləğvi barədə qəbul etdiyi qərarı alqışlayıb.
gundemtv.az xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada bu addım “tarixi qərar” kimi qiymətləndirilib:
“İki ölkənin birgə səyləri nəticəsində əldə olunan bu tarixi qərar, Azərbaycan ilə Ermənistan arasında sülh prosesinin mühüm tərkib hissəsinə çevrildi”, – bəyanatda vurğulanıb.
Qeyd edək ki, Minsk qrupu uzun illər Azərbaycan və Ermənistan arasında vasitəçilik missiyası ilə çıxış etsə də, 2020-ci ildən sonra fəaliyyətsiz vəziyyətə düşmüşdü.
Əli Səfərli,
gundemtv.az
Oxunub: 27