Azərbaycandan göndərilən humanitar yardım Ukraynaya çatdırılıb.
gundemtv.az xəbər verir ki, bunu Azərbaycanın Ukraynadakı səfiri Mərdan Mərdaliev öz X (Twitter) hesabında bildirib. Səfirin sözlərinə görə, humanitar yardım Azərbaycan Prezidentinin 11 avqust 2025-ci il tarixli sərəncamına əsasən Ukraynaya göndərilib və Kiyevdə Azərbaycanın səfirliyi vasitəsilə Ukrayna Energetika Nazirliyinin rəsmi şəxslərinə təqdim olunub. Yardım paketi Ukraynanın enerji potensialının dəstəklənməsi üçün elektrik avadanlıqları ehtiva edir.
Əli Səfərli,
gundemtv.az
Oxunub: 20