Ermənistan Baş naziri Nikol Paşinyan Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) sammiti çərçivəsində “Zəngəzur dəhlizi” məsələsinə toxunub. O bildirib ki, hazırda ölkələr arasında ərazi bütövlüyü, suverenlik və yurisdiksiya prinsipləri əsasında nəqliyyat kommunikasiyalarının açılması məsələsi müzakirə olunur.gundemtv.az xəbər verir ki, Paşinyan vurğulayıb ki, bu səylər Azərbaycan Respublikasının əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında Ermənistan ərazisindən keçməklə maneəsiz əlaqəni təmin edəcək. Eyni zamanda, layihə beynəlxalq və daxili rabitə baxımından Ermənistan üçün qarşılıqlı üstünlüklər yaratmağı hədəfləyir.
Əli Səfərli,
gundemtv.az
Oxunub: 149