Çinin Tianjin şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) sammiti çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyan və Türkiyə prezidenti Rəcəb Ərdoğan arasında görüş baş tutub.Gündəm24.az xəbər verir ki, görüş zamanı tərəflər ikitərəfli münasibətlərin inkişaf perspektivlərini, regiondakı sabitlik və təhlükəsizlik məsələlərini müzakirə ediblər.
Sammit çərçivəsində baş tutan bu görüş, son dövrlərdə region ölkələri arasında diplomatik əlaqələrin möhkəmləndirilməsi baxımından diqqət çəkir.
Görüş barədə Ermənistan və Türkiyə rəsmilərindən rəsmi açıqlamalar gözlənilir.
Mövlam RZALI,
Gündəm24.az
Oxunub: 24