İranda Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə (AEBA) əməkdaşlığın dayandırılması haqqında qanun layihəsinin qəbul edilməsi planlaşdırılır.
“Gündəmtv.az”ın məlumatına görə, bu barədə İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf bildirib.
"Biz AEBA-nın peşəkar davranışına dair obyektiv zəmanətlər alana qədər İranın bu beynəlxalq təşkilatla əməkdaşlığını dayandıracaq qanun layihəsi qəbul etməyi planlaşdırırıq. Dünya açıq şəkildə AEBA-nın öz öhdəliklərini yerinə yetirmədiyinin və siyasi alətə çevrildiyinin şahidi oldu", - o, deputatlar qarşısında çıxışı zamanı deyib.