İran İsrailin hücumlarından sonra artıq nüvə proqramı fəaliyyətləri barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (AEBA) məlumat verməyəcək.
"Gündəmtv.az"ın İranın Dövlət Televiziyasına (IRİB) istinadən verdiyi xəbərə görə, bunu İslam Respublikasının xarici işlər nazirinin müavini Kazım Qəribabadi deyib.
"Bundan sonra nüvə materialları və avadanlıqlarının mühafizəsi ilə bağlı yeni və xüsusi tədbirlər haqqında Atom üzrə Beynəlxalq Enerji Agentliyinə məlumat verilməyəcək. İran artıq AEBA ilə əvvəlki kimi əməkdaşlıq edə bilməyəcək", - rəsmi İran televiziyasında deyib.