Tehran İsrailin zərbələrini dayandırmaq üçün üçüncü tərəflərin vasitəçiliyi ilə Vaşinqtona müraciət etməyə çalışır.
"Gündəmtv.az" xəbər verir ki, bu barədə bazar günü "The Jerusalem Post" öz mənbələrinə istinadən məlumat yayıb.
“İran Oman və Qətər vasitəsilə Vaşinqtondan İsrailin zərbələrini dayandırmaq üçün vasitəçilik istəyib", - nəşr bildirib.
Bundan əlavə, qəzetin mənbələrinə görə, Səudiyyə Ərəbistanı da atəşkəsə nail olmaq və danışıqları bərpa etmək üçün sakit səylər göstərir.