• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Digər
    • Qarabağ
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
    • Video
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Səhiyyə
  • Şou-biznes
  • Maraqlı
  • Video

Bağdadda İraq və Azərbaycan XİN başçılarının geniştərkibli görüşü olub - YENİLƏNİB

Manşet / Siyasət

7-05-2025, 13:30



Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İraqa rəsmi səfəri çərçivəsində bu ölkənin baş nazirinin müavini və xarici işlər naziri Fuad Hüseyn ilə görüşüb.


Gündəmtv.az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirlər arasında baş tutan təkbətək görüş daha sonra hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib.

Geniştərkibli görüş zamanı iki ölkə arasında gündəlikdə duran ikitərəfli və regional əməkdaşlıq məsələləri, xüsusilə də iqtisadiyyat, ticarət, enerji, nəqliyyat, kommunikasiyalar, elm, mədəniyyət, təhsil, turizm üzrə tərəfdaşlığın perspektivləri, habelə regional və qlobal vəziyyət müzakirə olunub.

Azərbaycan və İraq arasında mövcud tarixi dostluq, qardaşlıq münasibətlərinin, xalqlarımız arasında mədəni və ənənəvi yaxınlığın münasibətlərimizin inkişafında rolundan bəhs olunub. Əməkdaşlığın daha da genişləndirilməsində ali və yüksək səviyyəli təmas və səfərlərin, siyasi məsləhətləşmələr mexanizminin vacibliyi qeyd edilib.

Nazir Ceyhun Bayramov iki ölkə arasında mövcud əməkdaşlıq mexanizmlərinin, xüsusilə də Ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiya və Azərbaycan-İraq Biznes Şurasının önəminə diqqət çəkərək ikitərəfli iqtisadi münasibətlərin, xüsusilə də enerji və qarşılıqlı sərmayə qoyuluşu sahələrində əməkdaşlığın inkişaf perspektivlərindən istifadənin vacibliyini vurğulayıb.

Regional və beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Qoşulmama Hərəkatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) çərçivəsində əməkdaşlıq məsələlərinin müzakirə olunduğu görüşdə, həmçinin çoxtərəfli platformalar çərçivəsində nümayiş olunan dəstəyin davam etdirilməsinin də əhəmiyyəti qeyd olunub.

Humanitar və təhsil sahələri üzrə əməkdaşlığın inkişafından bəhs olunub, İƏT və Qoşulmama Hərəkatına üzv dövlətlərdən olan tələbələr üçün təqaüd proqramları, o cümlədən Heydər Əliyev Beynəlxalq Təhsil Təqaüdü kimi təşəbbüslərin faydalılığı vurğulanıb.

Bugünkü səfər çərçivəsində həmçinin ADA Universiteti və İraq Diplomatik Xidmət İnstitutu arasında əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanmasının da təhsil sahəsində əməkdaşlığın genişləndirilməsində əlamətdar hadisə olduğu qeyd edilib.

Görüşdə regional və beynəlxalq təhlükəsizlik məsələləri, Yaxın Şərqdə mövcud vəziyyət, Hindistan-Pakistan gərginliyi, eləcə də postmünaqişə dövründə bölgədə mövcud reallıqlar, Azərbaycanın bərpa və yenidənqurma, minatəmizləmə və sülh səylərindən də ətraflı bəhs olunub.

Bunlarla yanaşı, gündəlikdə duran digər aktual məsələlər və qarşılıqlı maraq kəsb edən mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Daha sonra nazirlər media nümayəndələrinin iştirakı ilə təşkil olunmuş mətbuat konfransı çərçivəsində görüşün yekunlarına dair bəyanatlarla çıxış ediblər.

***



Bağdadda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun İraqın Baş nazirinin müavini, xarici işlər naziri Fuad Hüseyn arasında geniştərkibli görüş keçirilib.


Gündəmtv.az xəbər verir ki, görüş çərçivəsində iqtisadiyyat, ticarət, enerji, nəqliyyat və rabitə, elm, mədəniyyət, təhsil və turizm kimi əsas sektorlara xüsusi diqqət yetirməklə həm ikitərəfli, həm də çoxtərəfli tərəfdaşlığın gücləndirilməsi üçün imkanlar müzakirə edilib.

Həmçinin daha geniş regional və qlobal inkişaf məsələləri nəzərdən keçirilib, hər iki tərəf qarşılıqlı maraq doğuran təhlükəsizlik məsələləri ilə bağlı fikirlərini bölüşüb.

Nazir Ceyhun Bayramov qarşı tərəfi münaqişədən sonrakı regional vəziyyət, yenidənqurma, minatəmizləmə və sülh səyləri, eləcə də Azərbaycan-Ermənistan sülh prosesi qarşısında mövcud çağırışlar barədə məlumatlandırıb.

***

7 may 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İraq Respublikasına rəsmi səfərə yola düşüb.

Bu barədə XİN-dən məlumat verilib.

Qeyd olunub ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun İraq Respublikasının baş nazirinin müavini və xarici işlər naziri Fuad Hüseyn ilə görüşünün, habelə digər yüksək səviyyəli ikitərəfli görüşlərinin keçirilməsi planlaşdırılır.

Paylaş:
Digər xəbərlər

Manşet / Siyasət

30-04-2025, 15:40

XİN: Azərbaycan-Küveyt tərəfdaşlığı möhkəm təməllər üzərində qurulub - YENİLƏNİB

Manşet / Siyasət

15-04-2025, 15:00

Azərbaycan və Malayziya XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb

Manşet / Siyasət

29-01-2025, 14:33

Ankarada XİN başçıları görüşdü - Yenilənib

Manşet / Siyasət

4-11-2024, 20:18

Azərbaycan və İraq XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

Manşet

6-07-2024, 00:30

Azərbaycan XİN başçısı türkiyəli həmkarı ilə regional məsələləri müzakirə edib - YENİLƏNİB

Araşdırma
Kriminal
5-05-2025, 14:26
Məhkəmədə Serj Sarkisyan və Movses Akopyanın işğalda iştirakını ifşa edən material nümayiş olunub
21-04-2025, 20:38
Bayrağı təhqir etdiyi üçün kirayədə qaldığı evin sahibini öldürdü - HÖKM
21-04-2025, 14:20
Yüzlərlə Xocalı sakini Xankəndidə idi - Qukasyan soyqırımından danışdı
21-04-2025, 11:31
Bakıda 51 nəfərin zəhərlənməsi: prokurorluqda araşdırma başladı
18-04-2025, 15:57
"Sən türksən” deyib məni təpiklədi
18-04-2025, 13:20
Təkcə bir kartdan 34 min pul oğurlandı
Son xəbərlər
  • Bu gün, 00:05
    Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım
  • Bu gün, 00:00
    Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür
  • Dünən, 23:04
    Hind şirkətləri Azərbaycana tur paketlərin satışını dayandırır
  • Dünən, 21:45
    Prezidentlə xanımından səmimi görüntülər - VİDEO
  • Dünən, 21:34
    Saakaşvilidən Əliyevlə bağlı paylaşım: "Bu, tamamilə adekvat və layiqli addımdır"
  • Dünən, 21:23
    Sumqayıtda yanğının qəsdən törədildiyi iddia olunur - YENİLƏNİB
  • Dünən, 21:21
    Ağdaşda yanacaqdaşıyan maşın aşıb
  • Dünən, 20:30
    Azərbaycan hərbçiləri Türkiyəyə yola düşüb-VİDEO
  • Dünən, 19:50
    Çiyələyə bənzəyir, dadı tam başqa - özü isə xəzinədir
  • Dünən, 19:31
    Bakı Şəhəri üzrə Təhsil İdarəsi o direktorla bağlı iddiaları araşdıracaq
  • Dünən, 19:24
    Qələbədə Bakı misilsiz rol oynadı, amma ad verilmədi
  • Dünən, 17:40
    770 min manat vergi borcu olan şirkət kimindir?
  • Dünən, 17:20
    Prezident və xanımı Şuşada - YENİLƏNİB
  • Dünən, 17:14
    Azərbaycan tələb etdi, İrəvanda araşdırma başladı
  • Dünən, 16:58
    Sumqayıt Dövlət Dram Teatrında “İrəvanda nəyim qaldı” tamaşasının premyerası keçirilib-FOTOLAR
  • Dünən, 16:40
    Putin azərbaycanlı polkovniklə belə görüşdü
  • Dünən, 16:00
    Bu ərazilərdə qiymətlər artıb: Daha da bahalaşacaq - AÇIQLAMA
  • Dünən, 15:20
    Saleh Məmmədov idarə rəisini işdən çıxardı - Yerinə oğlunu təyin etdi
  • Dünən, 09:30
    Sumqayıt Dövlət Dram Teatrında “İrəvanda nəyim qaldı” tamaşasının premyerası keçirilib-FOTOLAR
  • 8-05-2025, 16:41
    Prezident sərəncam imzaladı: 5 milyon ayrıldı
  • 8-05-2025, 16:38
    Fikrət Qoca ilə bağlı sərəncam imzalandı
  • 8-05-2025, 16:37
    Bu şəxslərə Azərbaycan Prezidentinin mükafatı veriləcək - SİYAHI
  • 8-05-2025, 16:36
    Onlara Prezidentin fərdi təqaüdü verilib - ADLAR
  • 8-05-2025, 16:20
    Azərbaycanda bu şəxslərə pulsuz evlər veriləcək - 120 milyonluq layihə
  • 8-05-2025, 16:00
    Məhkəmədə Kəlbəcərin Ermənistan tərəfindən işğal olunmasını əks etdirən videomaterial nümayiş etdirilib
  • 8-05-2025, 15:17
    Azərbaycan Vyetnamla kibertəhlükəsizlik üzrə əməkdaşlığı müzakirə edib
  • 8-05-2025, 15:10
    İlham Əliyev: Bölgənin sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün tarixi şərait yaranıb
  • 8-05-2025, 15:07
    İlham Əliyev XXVIII Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına müraciət ünvanlayıb
  • 8-05-2025, 13:49
    Parlamentin növbəti iclasının vaxtı bilinib
  • 8-05-2025, 13:48
    Milli Məclis "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş bəyanatı qəbul edib - YENİLƏNİB
  • 8-05-2025, 13:46
    Belarusda azərbaycanlı qəhrəman Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb
  • 8-05-2025, 13:40
    Azərbaycan və Türkmənistan XİN başçıları Xəzər dənizi üzrə əməkdaşlıq məsələlərini müzakirə ediblər
  • 8-05-2025, 13:36
    Zəngəzur və İrəvanın Ermənistana verilməsini pisləyən qərar layihəsinin hazırlanması təklif edilib
  • 8-05-2025, 13:34
    Mirzoyan: Ərazi bütövlüyünün qarşılıqlı tanınması prinsipi danışıqların bütün mərhələlərində ifadə olunub
  • 8-05-2025, 13:20
    Bakı-Moskva reysləri təxirə salındı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • E-mail: gundemtvazz@gmail.com
  • Telefon: (+99450) 253 75 01
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Səhiyyə
  • Şou-biznes
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur.Gundemtv.az 2021-2024
Gundemtv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə