"Bölgədə sülh və əmin-amanlığı qurmalıyıq".
Gündəmtv.az "Report"a istinadla xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Antalya Diplomatik Forumu çərçivəsində keçirilən paneldə deyib.
"Azərbaycanla normallaşma prosesini müzakirə etmişik, uzun müzakirələrdən sonra sülh sazişinin mətnini razılaşdırdıq. İndiki məqsədimiz sülh sazişinin imzalanacağı yeri və günü təyin etməkdir. Hesab edirik ki, bu, münasibətlərin qurulması üçün bir başlanğıcdır. Ermənistan və Azərbaycan arasında de-fakto münaqişə yoxdur, lakin hələ də de-yure imzalanmış sülh sazişi yoxdur. Həll yolu sənədi imzalamaq və münaqişəyə son qoymaqdır", - Mirzoyan qeyd edib.