İsrail ordusu Qəzzanın cənubunda yerləşən “Nasir” xəstəxanasına endirilən zərbəni təsdiqləyib.
Rəsmi açıqlamada bildirilir: “Bəzi vaxt öncə Xən-Yunis bölgəsində ‘Nasir’ xəstəxanasının ərazisinə zərbə endirilib. Baş Qərargah rəisi bu insidentlə bağlı ilkin araşdırmanın ən qısa zamanda aparılmasını tapşırıb.”
Gündəm24.az xəbər verir ki, İsrail Müdafiə Ordusunun mətbuat xidməti vurğulayıb ki, “Ordumuz günahsız şəxslərə dəymiş zərərdən təəssüf hissi keçirir və jurnalistləri hədəf almır.”
Al Jazeera-nın məlumatına görə, xəstəxanaya zərbə nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb. Onlardan 5-i jurnalist, 4-ü isə tibbi personaldır.
Əli Səfərli,
Gündəm24.az
Oxunub: 32