Sumqayıt şəhərində ötən gün küçə itlərinin hücumuna məruz qalan 5 yaşlı uşağın vəziyyəti sabitləşib.
Gündəmtv.az xəbər verir ki, bu barədə TƏBİB-dən “Report”un sorğusuna verilən cavabda bildirilib.
2025-ci il aprelin 8-də saat 18:00 radələrində it dişləməsi diaqnozu ilə Sumqayıt Tibb Mərkəzinin nəzdindəki Uşaq Xəstəxanasına yerləşdirilən 2020-ci il təvəllüdlü şəxsin (kişi) müalicəsi davam etdirilir.
Başın dişlənmiş-didilmiş yarası diaqnozu təyin edilən pasiyentin vəziyyəti stabil qiymətləndirilir.
Qeyd olunub ki, uşaqlar təhsil aldıqları müəssisələrdən çıxdıqdan sonra saat 17:30 radələrində küçə itləri onlara hücum edib.