Almaniyanın vitse-kansleri, maliyyə naziri və Sosial Demokrat Partiyasının lideri Lars Klinqbeyl elan olunmamış səfərlə Kiyevə gəlib.
Gündəm24.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Klinqbeyl bildirib ki, Putin Almaniyanın Ukraynaya dəstəydə tərəddüd edə biləcəyi ilə bağlı heç bir illüziyaya qapılmamalıdır:
"Əksinə, biz Ukraynanın dünyada ikinci, Avropada isə ən böyük dəstəkçisi olaraq qalırıq. Üç ildən artıqdır ki, Rusiyanın hərbi işğalını dəf edən Ukrayna Almaniyaya arxalanmağa davam edə biləcək".
Mövlam RZALI,
Gündəm24.az
Oxunub: 32