• Haqqımızda
  • Peşə etikası
  • Əlaqə
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Digər
    • Qarabağ
    • Son dəqiqə
    • Hadisə
    • Dünya
    • Analitika
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
    • Video
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Səhiyyə
  • Şou-biznes
  • Maraqlı
  • Video

İlham Əliyevə hədiyyə edilən atla bağlı mühüm məlumat – 1956-cı ildə nə baş vermişdi?

Manşet / Siyasət

24-08-2025, 14:30


Xəbər verdiyimiz kimi, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun və türkmən xalqının adından dövlət başçısı İlham Əliyevə “Taus” ləqəbli “Axaltəkə” atını hədiyyə edib. Q.Berdiməhəmmədov bildirib ki, “Taus” “Yaşasın Türkmənistan, Azərbaycan, Özbəkistan!” mənasını ifadə edir.

Təqdimat zamanı çıxış edən İlham Əliyev qeyd edib ki, “Axaltəkə” atı dünyada məşhurdur, türkmən xalqının, Türkmənistanın milli brendidir.

Sitat: “Bildiyimiz kimi, türkmən və Azərbaycan xalqları qardaş xalqlardır. Eyni zamanda, bizi birləşdirən odur ki, həm türkmənlərin, həm də azərbaycanlıların öz at cinsi var – “Axaltəkə” və Qarabağ. Necə ki, biz qardaşıq, onlar da qardaşdırlar”.

Əslində, qardaş atların qardaş xalqları birləşdirən böyük bir tarixi var.

Gündəm24.az xəbər verir ki, Globalinfo.az-a danışan Qarabağ atları üzrə mütəxəssis Yaşar Quluzadə bildirib ki, Qarabağ və Axaltəkə atları Nisey atlarının varisləri sayılır:

“Nisey atları (latınca Equi Nisaei) hələ antik dövrdən tanınır. Yunan tarixçisi Herodot, qədim yunan tarixçi və yazıçısı Ksenofont, yunan-roma antik tarixçisi Strabon öz əsərlərində bu atları tərənnüm ediblər.

Nisey atlarının qədim məskəni olan Nisey düzü müasir İran, Azərbaycan və Türkmənistan arasında olan Urmiya gölündən Parfiyaya qədər bir ərazini əhatə edib. Müstəsna məhsuldarlığı və zənginliyi ilə seçilən bu regiona verilən “Nisey” (Nisa, Nisea) adı isə “Cənnət”, “Dünyanın behişti” anlamını daşıyıb.

Antik müəlliflərin yazılarında Nisey atları müxtəlif məzmunlarda təsvir olunurdu:

İri, qüdrətli, eyni zamanda zərif;
Məğrur duruşlu və enli sinəli;
Çevik və səlis yerişli;
Qızılı dərili
Strabon yazırdı ki, çox məşhur olan Nisey atları hərbi yürüşlərdə və şah qoşqularında istifadə olunub.

Başqa tarixi mənblərdə də bu haqda məlumat var. Belə ki, Persiya şahları Nisey atlarından ibarət çox böyük ilxılar saxlayır, bu atlardan təntənəli mərasimlərdə, hərbi yürüşlərdə istifadə edirdilər. Persiyaya yürüş etmiş Makedoniyalı İskəndər bu atlardan ibarət ilxının bir hissəsini ələ keçirib. Nisey atları hakimiyyətin simvolu sayılırdılar”.

Yaşar Quluzadə

Mütəxəssis qeyd edib ki, Qarabağ və Axaltəkə cinsli atların arasında olan genetik əlaqə onların Nisey ilxıları ilə qədim ümumi kökləri olması faktına əsaslanır:

“Buradan belə nəticəyə gəlmək olar ki, Qarabağ və türkmən atlarının oxşarlığı təsadüfi deyil. Türkmən atları Təkə, Oxlandı və Yomud tayfalarının adlarını daşıyan üç əsas tipə, Qarabağ atları isə Qarnıyırtıq, Toxmaq, Meymun və Təkə-ceyran tiplərinə bölünüb. Təkə-ceyran tipi türkmən Təkə madyanları ilə Qarabağ atlarının cütləşdirilməsi nəticəsində formalaşıb. Bu seleksiya ənənəsi, iki qardaş xalqın mədəni-tarixi irslərinin qovuşması faktı tariximizin müasir dönəmində də öz bəhrələrini göstərir.

1956-cı ildə Qarabağ atı Zaman və Axaltəkə cinsli Mələquşun Sovet hökuməti tərəfindən Böyük Britaniyaya kral ailəsinə hədiyyə göndərilməsi Azərbaycan və Türkmənistan xalqlarının ortaq mədəni kodlarının dünyaya təqdimatı idi. Zaman və Mələquşun qardaşlıq, dostluq körpüsündən başladığı yol bu günümüzə qədər uzanıb”.

Y.Quluzadə əlavə edib ki, belə hədiyələr iki dövlət arasında münasibətlərin qardaşlıq səviyyəsində olduğunu göstərən diplomatik rəmzdir:

“At hədiyə etmək türk və ümumiyyətlə, şərq xalqlarında qədim ənənədir. Bu, sadəcə hədiyə deyil, dostluğun, hörmətin və ehtiramın ən yüksək simvoludur”.

Oxunub: 102
Paylaş:
Digər xəbərlər

Manşet / Siyasət

23-08-2025, 14:04

Azərbaycan, Türkmənistan və Özbəkistan nəqliyyat və kommunikasiyalar üzrə Birgə İşçi Qrupu yaradır

Manşet / Siyasət

22-08-2025, 17:10

Azərbaycan Prezidenti İlham Əliyevə “Axaltəkə” atı hədiyyə edilib “Axaltəkə” atı hədiyyə edilib

Manşet / Siyasət

22-08-2025, 17:00

Özbəkistan Prezidenti Zəngəzur dəhlizinin inkişafı üçün konkret təkliflər irəli sürüb

Manşet / Siyasət

22-08-2025, 13:08

Bu gün Türkmənistan, Özbəkistan, Azərbaycan rəhbərlərinin üçtərəfli görüşü keçiriləcək

Manşet

22-08-2025, 12:30

QHT Agentliyi qrant müsabiqəsi ELAN ETDİ

Araşdırma
Milyarder Fərhad Əhmədova ŞOK: 5 milyonluq borca görə 100 milyonluq əmlakı əlindən alınır!
Ən çox etibarlı işlənmiş alman MAŞINLARI
Kriminal
23-02-2026, 14:00
Bakıda ana oğlunun qatilini bağışladı
4-02-2026, 15:00
Qardaşı uşaqlarını baltalayan əmi həbsdə öldü – Səbəbi bilindi
4-02-2026, 11:00
Bakıda qızı tərəfindən bıçaqlanan ata öldü
16-01-2026, 11:00
Tovuzda iki gənc narkotikə görə saxlanıldı
10-01-2026, 14:00
Ötən gün Azərbaycanda 72 nəfər saxlanılıb – Səbəb
27-12-2025, 12:00
Özünü şəhid xanımı kimi təqdim etdi: 22 min mənimsədi
Son xəbərlər
  • 28-02-2026, 22:30
    İranla sərhədə avtobuslar cəlb edildi: vətəndaşların təxliyəsi həyata keçirilir
  • 28-02-2026, 14:30
    İranın müdafiə naziri ÖLDÜRÜLDÜ
  • 28-02-2026, 12:00
    İrana hücum edilir: XİN-dən Azərbaycan vətəndaşlarına ÇAĞIRIŞ
  • 28-02-2026, 10:00
    54 yaşlı deputatdan gözlənilməz addım
  • 28-02-2026, 09:30
    Martda bayram bayrama qarışacaq: 16 gün evdə olacağıq
  • 27-02-2026, 17:30
    Sosial şəbəkələrə giriş üçün yaş məhdudiyyəti tətbiq edilir – Sərəncam
  • 27-02-2026, 09:00
    Pensiyalarla bağlı mühüm təklif
  • 25-02-2026, 09:30
    Moskvada Leyla Əliyeva adından iftar verildi
  • 24-02-2026, 16:00
    Şok iddia – məşhur mesajlaşma platformasının rəhbərinə ağır ittiham
  • 24-02-2026, 14:00
    Prezident Naxçıvanla bağlı sərəncam imzaladı
  • 24-02-2026, 12:00
    İcbari tibbi sığorta ilə sevindirici xəbər
  • 24-02-2026, 09:30
    Sabah AMEA-da Ramiz Mehdiyevin məsələsinə baxılacaq
  • 24-02-2026, 08:00
    Bu gün Novruzun ilk çərşənbəsidir
  • 23-02-2026, 15:30
    Aldığımız mandarin nə üçün tez kiflənir?
  • 23-02-2026, 14:30
    Kəmaləddin Heydərovun iki müavini vəzifədən azad edildi – Sərəncam
  • 23-02-2026, 14:00
    Bakıda ana oğlunun qatilini bağışladı
  • 23-02-2026, 13:30
    Kəmaləddin Heydərovun müavinlərinin adı FHN-in saytından çıxarıldı
  • 23-02-2026, 09:30
    Təhlükəsizlik səviyyəsi yüksəldi – rəsmi qurumlar xəbərdarlıq etdi
  • 22-02-2026, 19:30
    Pensiya və müavinətlərlə bağlı mühüm YENİLİK – 5 manat…
  • 22-02-2026, 19:00
    Ramazanın 5-ci gününün duası – İmsak və iftar vaxtı açıqlandı
  • 22-02-2026, 07:00
    “WhatsApp” “Telegram”ın daha bir funksiyasını oğurlayır
  • 20-02-2026, 13:30
    “Sağlamlıq ucuz məhsula qurban verilməməlidir” – EKSPERT DANIŞDI
  • 20-02-2026, 12:00
    Səngərlərdəki Ukrayna qoşunları ciddi təhlükə ilə üzləşib
  • 20-02-2026, 10:00
    Uşaqlı qadınlara əlavə kompensasiya veriləcək – Yeni qərar
  • 20-02-2026, 07:00
    “Mehdiyev işi” ətrafında müəmma – Pərdəarxasında nələr baş verir?
  • 16-02-2026, 17:00
    Bakıda və bölgələrdə külək güclənəcək – Xəbərdarlıq
  • 16-02-2026, 16:30
    Serbiya qırıcıları Prezidentin təyyarəsini belə müşayiət etdilər
  • 16-02-2026, 06:00
    Emin Hüseynov Azərbaycanı tərk edərkən nə baş verib? – Nadir FAKT
  • 14-02-2026, 14:30
    Zakir Həsənov kollegiya iclası keçirdi, tapşırıqlar verdi
  • 14-02-2026, 13:00
    “Separatçıları əfv edə bilərsinizmi” sualına Prezidentin cavabı
  • 14-02-2026, 08:00
    Vaşinqtondan sərt siqnal: İran istiqamətində hərbi planlar genişlənir
  • 13-02-2026, 16:30
    Fevralda bahar havası: neçə gün davam edəcək?
  • 13-02-2026, 16:00
    Ata Abdullayev azadlığa çıxdı
  • 13-02-2026, 13:00
    Prezident Münhen Təhlükəsizlik Konfransında iştirak edəcək
  • 13-02-2026, 11:30
    ABŞ-da qəribə insident – əyləncə şarları kartel dronu kimi məhv edildi
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Peşə etikası
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • E-mail: gundem24.az@gmail.com
  • Telefon: (+99455) 384 61 39
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Səhiyyə
  • Şou-biznes
  • Maraqlı
  • Dünya
  • Analitika
  • Video
Müəllif hüquqları qorunur.Gundemtv.az 2025
Gundemtv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə