Azərbaycan Premyer Liqasında komanda sayı artırılır.
Gündəmtv.Az-ın "Report"a istinadən məlumatına görə, bu barədə AFFA İcraiyyə Komitəsində qərar çıxarılıb.
İclasda Misli Premyer Liqasında klub sayının artırılması məsələsi müzakirə olunub.
2025/2026-cı illər mövsümündən komanda sayının 10-dan 12-yə artırılması qərara alınıb.
Çempionatın əsasnaməsi və formatı İcraiyyə Komitəsinin növbəti toplantısında müzakirə ediləcək.