• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Digər
    • Qarabağ
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
    • Video
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Səhiyyə
  • Şou-biznes
  • Maraqlı
  • Video

Fərid Səfərlinin anası oğlunun 23 ay yaşadıqlarından danışdı: 51 gün...

Manşet / Cəmiyyət

21-01-2025, 12:55


Xəbər verdiyimiz kimi, 2023-cü ildə İranda saxlanılan Azərbaycan vətəndaşı Fərid Səfərli 3 gün əvvəl İrandan təhvil alınaraq ölkəmizə qaytarılıb.

Gündəmtv.Az xəbər verir ki, tələbənin anası Dilarə Əsgərova sosial şəbəkə hesabında oğlunun azadlığa çıxması ilə bağlı sevincini bölüşüb.

O, oğlunun 23 ayda yaşadıqları haqda bunları yazıb:

“Fəridin SEPAH adlanan terrorist təşkilatı və ya İran rejiminin “məhkəmələri” haqqında dediklərini eşidəndən sonra düşünürəm ki, bu vəhşilər uşağı günahsız yerə edam da edə bilərmişlər. Biz onun 1 aya azad olunacağı ümidləri ilə yaşayarkən Fəridi sərhəddə təhvil verməyə gətirən SEPAH zabiti ona “Sənin qalan bir ayını 10 il etmək bizim üçün çətin iş deyildi” deyib.

ABŞ kimi bir dövlət belə İranda tutulmuş vətəndaşlarını illərlə azad etdirə bilmir. Ona görə bu məsələnin 23 ayda bitməsini böyük bir uğur kimi qiymətləndirirəm. Tam olaraq məlumatlıyam ki, bu məsələnin həll olunmasında ölkə rəhbərinin nə dərəcədə böyük rolu olub, buna görə də cənab Prezident İlham Əliyevə dərin təşəkkür və minnətdarlığımı bildirirəm”.

D.Əsgərova bildirib ki, Fəridə heç bir aidiyyəti olmayan mövzularla onu saatlarca dindirməklə mənəvi cəhətdən məhv ediblər:

“Məsələn, yaxasından yapışıblar ki, cavab ver “Niyə Azərbaycan dövləti İsraillə dostluq münasibətləri saxlayır?” və sair. Düşünün ki, Avropada təhsil almış bir gənci başı əmmaməli molla ittiham edir (İranda inqilab məhkəməsində hakimlər hüquqşünaslar deyil, mollalardır). Deyir, bütün bu işləri görən adamlar hələ azanın vaxtı gələndə tez prosesi dayandırıb qaçırdılar ibadət etməyə və bu riyakarlıq oranı daha da dözülməz edirdi. İnsana ən çox təsir edən də bu vəhşilər uşağa əziyyət ediblər ki, sən casussan və öz tapşırığını yerinə yetirmək üçün bizim bir qızımızdan istifadə etmisən, halbuki bu uşaq ora sadəcə pak, həqiqi hisslərlə getmişdi. Əslində isə istər SEPAH-ın terroristləri, istərsə də rejimin mollaları özləri xanımlardan bütün məqsədləri üçün sui-istifadə edirlər.

SEPAH-ın istintaqı gedərkən ilk 51 gün (ilk 3 gün 2 kv.m-lik kiçik bir hücrədə) kiçik bir otaqda tək-tənha asılmaq təhlükəsi ilə yaşamaq, ailəsini bir də görə bilməyəciyini düşünmək, hər gün ailəsinə, vətəninə yağdırılan söyüşləri eşitmək nə qədər dəhşətlidir, hələ başqa nələr.

Bütün bu başına gələnlər onu dərin depressiya vəziyyətinə salıb. Ürəyi arzularla dolu bir gənci həyatdan küskün, özünü cəmiyyətdən təcrid etmiş bir insana çeviriblər. Gəldiyi gündən bir otağa girib, heç kimi görmək istəmir. Biz onun sağlamlığına qovuşması üçün əlimizdən gələni edəcəyik.

Statusumu Fəridin sözləri ilə bitirmək istəyirəm: “İran rejimi 23 ay azadlıqdan daha çoxunu aldı məndən. Sanki Oruellin həmin məşhur, mental olaraq işgəncə və dəhşət dolu əsərini reallıqda yaşamaq kimi idi bu”.

Qeyd edək ki, Almaniyanın Yena Universitetinin tələbəsi olan Fərid Səfərli 2023-cü ilin fevralın 20-də eyni universitetdə təcrübə keçmiş həkim sevgilisini görmək üçün Tehran şəhərinə gedib. O, martın 5-də Almaniyaya qayıtmalı olsa da, geri qayıtmayıb. Sonradan onun casusluq ittihamı ilə həbs olunduğu məlum olub. Fərid istintaq və məhkəmə dövründə verilmiş ittihamlarla əlaqəsiz olduğunu deyib.

19 iyul tarixində keçirilmiş məhkəmə iclası zamanı Fərid Səfərliyə qarşı irəli sürülmüş “casusluq” ittihamı “casusluq etmək niyyəti” ittihamı ilə əvəz olunmuşdu və məhkəmə onun barəsində 2 il həbs hökmü çıxarmışdı. Fərid Səfərli isə məhkəmədə ittihamı və hökmü qəbul etmədiyini bildirmişdi.

Paylaş:
Digər xəbərlər

Manşet / Siyasət

11-12-2024, 11:36

Fərid Axundov vəzifəsindən ayrılacaq

Manşet / Cəmiyyət

29-09-2024, 20:05

Morqda işləyən şəhid anası oğlunun ölümündən danışdı

Manşet / Cəmiyyət

12-09-2024, 08:30

21 yaşlı tələbə qəfil öldü: Vəfat edən anası ilə bağlı paylaşımı DİQQƏT ÇƏKDİ

Manşet

3-08-2024, 13:10

İranda həbs edilən Fərid Səfərli dərman qəbul etməkdən imtina edir

Manşet / İqtisadiyyat

20-07-2024, 14:30

Mərkəzi Bank 3 sığortanın lisenziyasını ləğv etdi

Araşdırma
Kriminal
5-05-2025, 14:26
Məhkəmədə Serj Sarkisyan və Movses Akopyanın işğalda iştirakını ifşa edən material nümayiş olunub
21-04-2025, 20:38
Bayrağı təhqir etdiyi üçün kirayədə qaldığı evin sahibini öldürdü - HÖKM
21-04-2025, 14:20
Yüzlərlə Xocalı sakini Xankəndidə idi - Qukasyan soyqırımından danışdı
21-04-2025, 11:31
Bakıda 51 nəfərin zəhərlənməsi: prokurorluqda araşdırma başladı
18-04-2025, 15:57
"Sən türksən” deyib məni təpiklədi
18-04-2025, 13:20
Təkcə bir kartdan 34 min pul oğurlandı
Son xəbərlər
  • Dünən, 23:01
    Təzə pomidorları soyuducuda saxlamayın: ən yaxşı yer haradır?
  • Dünən, 20:43
    XİN Xankəndi Kommunikesi barədə məlumat yayıb
  • Dünən, 20:20
    Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib
  • Dünən, 19:30
    Arpaçay İdman Birliyinin prezidenti Əli Əsgərov V Dan qara kəmər dərəcəsinin fəxri diplomuna layiq görülüb
  • Dünən, 18:10
    Pakistan Milli Assambleyasının sədri Azərbaycana rəsmi səfərə gəlib
  • Dünən, 14:31
    “Xankəndi” Biznes Mərkəzi rezident şirkətlər üçün müasir və rahat işgüzar mühit təklif edəcək
  • Dünən, 14:15
    Moskva və Sankt-Peterburq arasında hava əlaqəsi iflic olub
  • Dünən, 13:05
    Xankəndidəki tikiş fabriki Azərbaycan-Özbəkistan investisiya əməkdaşlığının bariz nümunəsidir
  • Dünən, 12:53
    Azərbaycan Keniyanın Gənclərin Liderlik və İnnovasiya Mərkəzinə maliyyə yardımı təqdim edib
  • Dünən, 12:40
    Doktoranturaya qəbul üzrə danışıq imtahanları keçirilib
  • Dünən, 11:31
    Ağdamın Xıdırlı kəndinə 6 minə yaxın əhalinin köçürülməsi nəzərdə tutulur
  • Dünən, 11:24
    Anar Bağırov: Vəkillər Kollegiyasına qəbul müntəzəm həyata keçirilir
  • Dünən, 10:10
    Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu layihəsi Beynəlxalq Yol Federasiyasının mükafatına layiq görülüb
  • Dünən, 10:05
    Vəkillər Kollegiyasına üzv olmaq istəyənlər üçün imtahan başlayıb - YENİLƏNİB
  • Dünən, 09:17
    Elçin Əmirbəyov: Ermənistanla normallaşma üçün saziş layihəsinin mətni üzrə müzakirələr tamamlanıb
  • Dünən, 05:30
    Bu gün 41 mindən çox abituriyent qəbul imtahanı verəcək
  • 5-07-2025, 18:20
    Ruanda səfiri: Azərbaycan müstəqillik illərində sülhə üstünlük verib və bu, nailiyyətlər qazandırıb
  • 5-07-2025, 17:17
    Şuşada ilk dəfə Aşura ilə əlaqədar qanvermə aksiyası keçirilib
  • 5-07-2025, 17:12
    Azərbaycan pilotlarının yüksək peşəkarlıq sərgilədiyi “Anadolu Qartalı-2025” təlimindən
  • 5-07-2025, 10:22
    Dövlət Dəniz və Liman Agentliyi zərərdən mənfəətə keçib
  • 5-07-2025, 10:13
    "Anadolu Qartalı-2025"də iştirak edən azərbaycanlı pilot: Məqsəd ölkələrin taktika və texnikalarını öyrənməkdir
  • 5-07-2025, 02:00
    Qərbi Azərbaycan Xronikası: Güllə səsləri eşidilirdi, camaat məcbur qalıb kəndi tərk etdi
  • 4-07-2025, 16:43
    Mediada saxta məlumatların dərc edilməsinə yol verilməməsinə dair yeni normalar müəyyənləşir
  • 4-07-2025, 16:01
    Mahinur Özdemir Göktaş: Laçında keçirilən İƏT Qadınlar Forumu əhəmiyyətli regional dialoqun başlanğıcı olub
  • 4-07-2025, 16:00
    ECO-nun Baş katibi: Xankəndidə tarixi Zirvə görüşünün təşkilində yaxından iştiraka görə İlham Əliyevə təşəkkür edirik
  • 4-07-2025, 15:21
    Türkmənistanlı nazir: ECO enerji üzrə əməkdaşlığın gücləndirilməsi istiqamətində böyük potensiala malikdir
  • 4-07-2025, 14:38
    Emoməli Rəhmon: "Tacikistan ECO-ya üzv ölkələrlə ticarət dövriyyəsini artırmaqda maraqlıdır"
  • 4-07-2025, 14:38
    Ərdoğan: Xankəndi şəhərinin sülh mərkəzi olacağına ürəkdən inanıram
  • 4-07-2025, 14:12
    Ermənistan silahlı qüvvələrinin Kəlbəcərin işğalı zamanı mülki əhalini, uşaqları atəşə tutması ilə bağlı ifadələr dinlənilib – MƏHKƏMƏ
  • 4-07-2025, 13:40
    İlham Əliyev: Azərbaycan ECO-nun işində həmişə fəal iştirak edib
  • 4-07-2025, 13:37
    Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
  • 4-07-2025, 12:22
    Rusiyanın Kiyevə hücumu nəticəsində azərbaycanlılara məxsus restoran yanıb - FOTOREPORTAJ
  • 4-07-2025, 12:17
    İlham Əliyev Xankəndidə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib
  • 4-07-2025, 12:13
    TDT-nin Baş katibi ECO-nun 17-ci Zirvə görüşündə iştirak etmək üçün Xankəndidədir
  • 4-07-2025, 12:07
    Ərdoğan Azərbaycana səfərə gəlib - YENİLƏNİB
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • E-mail: gundemtvazz@gmail.com
  • Telefon: (+99450) 253 75 01
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Səhiyyə
  • Şou-biznes
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur.Gundemtv.az 2021-2024
Gundemtv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə