"Təəssüf ki, təyyarə qəzasında ölənlərin meyitləri tanınmaz haldadır".
Gündəmtv.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycanın Aktau şəhərindəki Baş konsulu Ayxan Süleymanlı deyib.
Qəza ilə bağlı istintaqın aparıldığını bildirən baş konsulun sözlərinə görə, şəxsiyyəti müəyyən edilənlərin cənazələri Vətənə göndəriləcək:
"Təəssüf ki, bəzi meyitlər tanınmaz haldadır. Lazımi tibbi prosedurlardan sonra həmin cənazələr də Azərbaycana göndəriləcək".
Ayxan Süleymanlı vurğulayıb ki, Səhiyyə Nazirliyi və Baş Prokurorluğun əməkdaşlarından ibarət heyət xəstəxanada olan xəstələrin yanındadır:
"Eyni zamanda, DNT analizlərinə də ehtiyac olacaq. Tanınmaz vəziyyətdə olanları araşdırmaq üçün müəyyən tibbi fəaliyyətlər həyata keçiriləcək".