ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller Qazaxıstanın Aktau şəhərində "Azərbaycan Hava Yollarına" məxsus təyyarənin qəzaya uğraması ilə bağlı başsağlığı verib.
Gündəmtv.az xəbər verir ki, b u barədə o sosial şəbəkə hesabında bildirib.
“Azərbaycan Hava Yolları” QSC-nin Qazaxıstanda baş vermiş qəza xəbərini dərin hüznlə eşitdik. Düşüncələrimiz və dualarımız həlak olanların ailələri ilə birlikdədir, yaralananlara isə tezliklə şəfa diləyirik. Biz Qazaxıstan və Azərbaycanın hakimiyyət orqanlarına kömək etməyə hazırıq", - Miller qeyd edib.