X sosial şəbəkəsində Azərbaycana qarşı daha bir dezinformasiya yayılıb.
İraqda fəaliyyət göstərən "Rudaw" portalı Bakıda küçədən guya partlayıcı qurğu tapıldığı iddiası ilə paylaşım edib.
"Gündəmtv.az" Axar.az-a istinadla xəbər verir ki, görüntüdə iddia edilib ki, hadisə bu gün "baş verib" və “bombanı” zərərsizləşdirilməsinə “polis və təhlükəsizlik qüvvələri” cəlb edilib.
Ancaq “bomba zərərsizləşdirənlərin” geyimi, ətrafda heç bir təhlükəsizlik tədbirinin görünməməsi, üstəlik polislərin adi iş qaydasında davranışı yayılan videonun feyk olduğunu anlamağa kifayət edir.
Azərbaycan Daxili İşlər Nazirliyi də bildirib ki, məlumat yalandır:
“Yolun kənarından tapılan bağlama yemək çatdırılması həyata keçirən şirkətlərdən birinə aid olub”.