“Qəzaya uğrayan təyyarə ölkəmizin hava məkanına yerli vaxtla 11:00-da daxil olub, 28 dəqiqə sonra isə hava gəmisi ilə əlaqə itib”.
Gündəmtv.az APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə Qazaxıstanın nəqliyyat nazirinin müavini Talqat Lastayev deyib.
Onun sözlərinə görə, əlaqə kəsilməzdən əvvəl təyyarə hava limanı yaxınlığında iki dəfə dövrə vurub, üçüncüdə isə yerə çırpılıb.