"Zibillərin daşınmasının bələdiyyəyə heç bir aidiyyəti yoxdur. Əslində, bu, bələdiyyəyə verilməlidir".
Gündəmtv.Az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentdə çıxışı zamanı deyib.
"Bu gün kommunal təsərrüfat və yaxud onların imzaladığı müqavilə əsasında hansısa şirkətlər bunu yerinə yetirirlər. Tez-tez deyirlər, bələdiyyə hara baxır? Bu məsələyə vətəndaş pul ödəyirsə, bu başqa şirkətlərə, təşkilatlara gedir, bələdiyyəyə daxil olmur. Bunun bələdiyyəyə aidiyyəti yoxdur", - Novruzov qeyd edib.