Ermənistan baş naziri Taşirə gedərəkən uçduğu helikopteri məcburi eniş edib.
Gündəmtv.az xəbər verir ki, Hadisə zamanı Paşinyanın xəsarət almadığı bildirilir.
Paşinyan hadisə ilə bağlı Facebook səhifəsində məsələyə aydınlıq gətirib:
"Əzizlərim, hər şey yaxşıdır. Əlverişsiz hava şəraiti ilə əlaqədar helikopterimiz Vanadzorda plandankənar eniş edib".
Paşinyan əlavə edib ki, hazırda səfərimizə maşınla davam edirik: "Hər kəsə xoş gün arzulayıram”.