Azərbaycan və Səudiyyə Ərəbistanı diplomatlar üçün viza tələbini ləğv edir.
Gündəmtv.az-ın məlumatına görə, bununla bağlı sentyabrın 27-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun BMT Baş Assambleyasının 79-cu sessiyasının ümumi müzakirələri çərçivəsində Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Əl Səud ilə görüşündə razılıq əldə olunub.
Belə ki, nazirlər "Azərbaycan Respublikası hökuməti və Səudiyyə Ərəbistanı Krallığı hökuməti arasında qısa müddətli səfər edən diplomatik və xüsusi və xidməti pasportlara malik olan şəxslərin qarşılıqlı giriş vizasından azad edilməsi haqqında" Anlaşma Memorandumu imzalayıblar.