Azərbaycan və Ermənistan Cənubi Qafqazda uzunmüddətli sülh və sabitliyin təmin edilməsi üçün mühüm şans əldə ediblər.
Gündəmtv.Az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda Türk Evində ABŞ-nin bir sıra beyin mərkəzlərinin nümayəndələri ilə görüşündə bildirib.
“Biz dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə, eləcə də beynəlxalq hüquq normalarına hörməti sarsılmaz hesab edirik, müasir dünyanın bu prinsiplərə hər zamankından daha çox ehtiyacı var”, - o deyib.
Ərdoğan bu məqsədlərə çatmaq üçün çoxqütblü dünya nizamının gücləndirilməsinin vacibliyinə də işarə edib.