• Haqqımızda
  • Peşə etikası
  • Əlaqə
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Digər
    • Qarabağ
    • Son dəqiqə
    • Hadisə
    • Dünya
    • Analitika
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
    • Video
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Səhiyyə
  • Şou-biznes
  • Maraqlı
  • Video

Prezident bir sıra sənədləri imzaladı

Manşet / Siyasət

15-01-2026, 16:00


Prezident İlham Əliyev “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanunda dəyişiklik edilməsi barədə 23 dekabr 2025-ci il tarixli qanunun tətbiqi və bununla əlaqədar bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Gündəmtv.az xəbər verir ki, fərmana əsasən, Azərbaycanda enerji effektivliyi informasiya sistemi yaradılır.

Sistemin sahibi və operatoru funksiyalarını Energetika Nazirliyi həyata keçirir.

Müəllimlərin işə qəbulu (MİQ) ilə əlaqədar keçirilən müsabiqədə iştirak ödənişli olacaq.

Gündəmtv.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Ümumi təhsil haqqında” qanuna dəyişiklikləri təsdiqləyib.

Qeyd edilib ki, dəyişikliklərə əsasən, ödəniş ilk dəfə müsabiqədə iştirak edənlər, əlilliyi olan şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, şəhid ailəsinin üzvləri və Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslərə münasibətdə nəzərdə tutulmayıb.

Prezident İlham Əliyev Milli Məclisin dekabrın 16-da qəbul etdiyi Mülki və Ticarət Gəmiçiliyi Məcəllələrində, eləcə də “Nəqliyyat haqqında” və “Avtomobil nəqliyyatı haqqında” qanunlarda dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.

Gündəmtv.az xəbər verir ki, sənəd “Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında” qanun layihəsindən irəli gələrək hazırlanıb, uyğunlaşdırma xarakterli dəyişikliklərin edilməsini əhatə edir.

Belə ki, “Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında” qanun layihəsində nəqliyyat-ekspertiza fəaliyyəti sahəsində pretenziya və iddia məsələləri (7-ci fəsil) tənzimləndiyindən, daşıyıcıya (1.1.1.-ci maddə) və ekspeditora (1.1.2-ci maddə) yeni məzmunda anlayışlar verildiyindən və eləcə də qanun layihəsinin bir sıra normalarının tələblərindən irəli gələrək Mülki Məcəlləyə və Ticarət Gəmiçiliyi Məcəlləsinə müvafiq dəyişikliklər təklif olunur.

İndiyə qədər nəqliyyat-ekspedisiya xidmətlərinin göstərilməsinə dair münasibətlər əsasən Mülki Məcəllə, Ticarət Gəmiçiliyi Məcəlləsi və “Nəqliyyat haqqında” qanunla tənzimlənib. “Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında” qanunla bu sahənin qanunvericilik bazası genişlənir və təkmilləşdirilir. Bundan irəli gələrək dəyişiklik təklif olunan hər bir qanunda nəqliyyat-ekspedisiya xidmətlərinin göstərilməsi ilə bağlı münasibətləri tənzimləyən qanunların dairəsi əks etdirilir (normativ hüquqi çərçivə müəyyən edilir). Bu cür dəyişiklik nəqliyyat-ekspedisiya xidmətləri sahəsində münasibətləri tənzimləyən qanunvericilik aktları arasında əlaqələndirmənin yaradılmasına və hüquq tətbiq etmə praktikasında yarana biləcək məsələlərin tənzimlənməsinə imkan yaradır.

Şuşa ərazisində minatəmizləmə fəaliyyətinin aparılması qaydaları dəyişib.

Gündəmtv.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı barədə “Azərbaycanın mədəniyyət paytaxtı-Şuşa şəhəri haqqında” qanuna dəyişikliyi təsdiqləyib.

Belə ki, Şuşa şəhərinin ərazisində minatəmizləmə fəaliyyəti aparılarkən abidə aşkar edildikdə aparılan iş dərhal dayandırılmalı, bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verəcəklər. Bu halda işlərin davam etdirilməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul ediləcək.

Eyni zamanda tarixi və arxeoloji əhəmiyyət kəsb edən ərazilərdə minatəmizləmə fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) nümayəndəsinin iştirakı ilə aparılacaq.

Hakimlərin xidməti vəsiqəsinin nümunəsini Məhkəmə-Hüquq Şurası təsdiq və təqdim edəcək.

Gündəmtv.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” qanunlara dəyişiklikləri təsdiqləyib.

Sənədə əsasən, hakimlərin xidməti vəsiqəsinin nümunəsinin Məhkəmə-Hüquq Şurası tərəfindən təsdiq edilməsi və Məhkəmə-Hüquq Şurasının sədri tərəfindən təqdim edilməsi müəyyən edilib.

Buna uyğun olaraq, “Hakimlərin xidməti vəsiqəsi haqqında” qanunun və həmin qanun təsdiq edilən eyniadlı Əsasnamə ləğvi təklif olunub.

Xatırladaq ki, buna qədər hakimlərin xidməti vəsiqələrinin nümunələri Milli Məclis tərəfindən müəyyən edilirdi.

Oxunub: 198
Paylaş:
Digər xəbərlər

Manşet / Cəmiyyət

22-12-2025, 13:30

Prezidentin son sərəncamı 76 min ailəni əhatə edəcək

Manşet / Elm və təhsil

11-09-2025, 13:00

Müəllimlərin işə qəbulu müsabiqəsində iştirak ödənişli olacaq

Son dəqiqə

10-09-2025, 22:56

MİQ imtahanı pullu olacaq

Manşet / Cəmiyyət

29-08-2025, 10:30

Azərbaycanda ən çox təqaüdü bu şəxslər alır — SİYAHI

Manşet / Siyasət

27-08-2025, 10:11

Prezident İlham Əliyev “Əl-Ərəbiyə” kanalına müsahibə verib: Ölkə başçısından mühüm mesajlar(CANLI)

Araşdırma
Milyarder Fərhad Əhmədova ŞOK: 5 milyonluq borca görə 100 milyonluq əmlakı əlindən alınır!
Ən çox etibarlı işlənmiş alman MAŞINLARI
Kriminal
4-02-2026, 15:00
Qardaşı uşaqlarını baltalayan əmi həbsdə öldü – Səbəbi bilindi
4-02-2026, 11:00
Bakıda qızı tərəfindən bıçaqlanan ata öldü
16-01-2026, 11:00
Tovuzda iki gənc narkotikə görə saxlanıldı
10-01-2026, 14:00
Ötən gün Azərbaycanda 72 nəfər saxlanılıb – Səbəb
27-12-2025, 12:00
Özünü şəhid xanımı kimi təqdim etdi: 22 min mənimsədi
25-12-2025, 15:30
Mnatsakanyan son söz çıxışını yekunlaşdırdı
Son xəbərlər
  • Dün, 11:00
    Eldar Əzizov yola salınır: yerinə o gətiriləcək
  • Dün, 07:00
    Bu bank kartları ilə bağlı xəbərdarlıq: qəfil bloklana bilər – Səbəb
  • Dün, 00:30
    “Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır
  • 11-02-2026, 11:00
    İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanladı
  • 11-02-2026, 10:30
    Bu gündən yağıntılar kəsiləcək, temperatur yüksələcək
  • 10-02-2026, 22:30
    Pensiyanızın nə qədər artdığını bu cür hesablayın
  • 10-02-2026, 21:00
    Azərbaycan və ABŞ humanitar minatəmizlənmə sahəsində əməkdaşlığı artıracaq
  • 10-02-2026, 20:00
    Prezident İlham Əliyevə böyük təşəkkür düşür – Vens
  • 10-02-2026, 14:00
    Fəzail Ağamalı dəfn edildi
  • 10-02-2026, 09:30
    Fəzail Ağamalının vida və dəfn yeri bilindi
  • 9-02-2026, 14:30
    Bu icra başçısı vəzifəsindən azad edildi – Sərəncam
  • 9-02-2026, 13:30
    Azərbaycan-ABŞ əlaqələri uğurla inkişaf edir – İlham Əliyev
  • 9-02-2026, 13:30
    Sabah Bakıya qar yağacaq
  • 9-02-2026, 13:00
    Taksidə gedişhaqqı bahalaşdı – 10 faizlik artım
  • 9-02-2026, 11:30
    Belqorod atəş altında – kütləvi dron zərbəsi
  • 9-02-2026, 11:00
    Qəzaya düşən hərbçilərimizin son durumu
  • 9-02-2026, 06:00
    Kiyevdə qalmaqal: Zelenski niyə Putinlə masaya oturur?
  • 7-02-2026, 09:30
    İran razılaşmaya hazırdır, ABŞ isə tələsmir – Tramp
  • 7-02-2026, 08:00
    Bu gün Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür
  • 4-02-2026, 22:30
    Prezident mükafata görə belə təşəkkür etdi
  • 4-02-2026, 22:00
    Ərdoğan İlham Əliyevi təbrik etdi
  • 4-02-2026, 21:00
    Bu müəllimlər marker təlimlərinə cəlb ediləcəklər
  • 4-02-2026, 20:30
    İsrail ordusu Qəzza zərbəsində itkilərə görə təəssüfünü ifadə etdi
  • 4-02-2026, 15:00
    Qardaşı uşaqlarını baltalayan əmi həbsdə öldü – Səbəbi bilindi
  • 4-02-2026, 11:00
    Bakıda qızı tərəfindən bıçaqlanan ata öldü
  • 2-02-2026, 22:30
    Bakıda yeniyetmə qız anasını döydüyü üçün atasını bıçaqladı
  • 2-02-2026, 21:00
    Prezidentin gəlini Atletlər kəndində
  • 2-02-2026, 13:00
    Nazirlikdən müavinətlərlə bağlı xoş xəbər
  • 31-01-2026, 10:30
    Ərdoğan onu özünə baş müşavir təyin etdi
  • 31-01-2026, 09:00
    Cenevrədə Xəzər dənizinin ekoloji problemləri müzakirə olundu
  • 30-01-2026, 14:30
    Beynəlxalq hüquq müzakirəsi: Trampın İran ritorikası tənqid hədəfində
  • 30-01-2026, 13:00
    Trampın sözləri gündəm yaratdı: Kiyev hücumları dayandı
  • 30-01-2026, 11:30
    “Ceyran” 21 yaşlı gəncin həyatına son qoydu
  • 30-01-2026, 10:00
    Balıq tutmaq istəyərkən faciəvi şəkildə öldü
  • 29-01-2026, 10:30
    Cərimənin məcburi qaydada tutulması qaydası dəyişir
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Peşə etikası
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • E-mail: gundem24.az@gmail.com
  • Telefon: (+99455) 384 61 39
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Səhiyyə
  • Şou-biznes
  • Maraqlı
  • Dünya
  • Analitika
  • Video
Müəllif hüquqları qorunur.Gundemtv.az 2025
Gundemtv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə