Amerika lideri qeyd etdi ki, bu əməliyyat “bütün Karter administrasiyasını məhv etdi”.
Gündəm24.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Venesuelada baş verən hadisələrlə bağlı vəziyyətin “Cimmi Karter fəlakətinə” çevrilə biləcəyindən narahat olduğunu bildirib. O, 1980-ci ildə İranda 52 ABŞ girovunun azad edilməsinə yönəlmiş uğursuz əməliyyata istinad edib.
Tramp qeyd edib ki, həmin əməliyyat ABŞ-ın 39-cu prezidenti Cimmi Karterin administrasiyasını ciddi sarsıdıb. 24 aprel 1980-ci ildə Tehrandakı səfirlik işçilərinin azad edilməsinə yönəlmiş cəhd qum fırtınası və helikopter itkisi səbəbindən uğursuz olub.
Girovlar yalnız 1981-ci ilin əvvəllərində aparılan danışıqlardan sonra azad edilə bilib.
Sədaqət Həsənova
Gündəm24.az
Oxunub: 44