• Haqqımızda
  • Peşə etikası
  • Əlaqə
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Digər
    • Qarabağ
    • Son dəqiqə
    • Hadisə
    • Dünya
    • Analitika
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
    • Video
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Səhiyyə
  • Şou-biznes
  • Maraqlı
  • Video

Leyla Əliyeva “Euronews”a müsahibə verdi

Manşet

27-12-2025, 09:30


“IDEA İctimai Birliyi Azərbaycanda və dünyada ekoloji çağırışlara cavab vermək məqsədi ilə yaradılıb”.

Gündəmtv.az xəbər verir ki, bunu Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva “Euronews”a müsahibəsində bildirib.

Telekanal IDEA-nın ekologiya, iqlim dəyişikliyi və biomüxtəlifliyin qorunması sahəsində fəaliyyəti haqqında reportaj hazırlayıb.

“Əvvəldən başa düşürdük ki, ekologiya ayrı-ayrı növlərin xilası və ya iqlim dəyişikliyi ilə mübarizədən qat-qat artıqdır. Bu, həyat tərzimiz, mədəniyyətimiz və hər birimizin ətraf mühitə necə təsir etdiyimizlə bağlıdır. Bir çox ölkələr təəssüf ki, qorunan ərazilərini itirsə də, Azərbaycan onları genişləndirməkdə davam edir. Son illərdə iki yeni milli park açılıb, digərləri isə genişləndirilib.

Gələn il biz Qarabağ Milli Parkının açılışını gözləyirik və bundan sonra Azərbaycanda qorunan ərazilərin sahəsi ölkə ərazisinin təxminən 30 faizini təşkil edəcək. Bu gün bizim diqqətimizi yeni, aktual çağırışlara, xüsusən də Xəzər dənizindəki vəziyyətə – suyun səviyyəsinin aşağı düşməsinə, çirklənməyə və dəniz həyatı, o cümlədən Xəzər suitisi üçün artan təhlükəyə yönəldirik. Bu, heç bir ölkənin təkbaşına həll edə bilməyəcəyi böhrandır. Biz birlikdə hərəkət etməli və Xəzəri ortaq milli sərvətimiz kimi dəyərləndirməliyik.

Mənə elə gəlir ki, biz indi elə bir məqama çatmışıq ki, ekologiya artıq söhbətdən deyil, fəaliyyətdən ibarətdir. Biz bu barədə kifayət qədər danışmışıq və bu, əlbəttə ki, vacibdir, lakin təbiətin artıq sözə ehtiyacı yoxdur – onun bizim hərəkətlərimizə ehtiyacı var. Əsas odur ki, optimist qalmaq və hər kəsin, hətta tək başına çox şey dəyişə biləcəyini başa düşməkdir. Birlikdə isə möcüzələr yarada bilərik”, – deyə Leyla Əliyeva qeyd edib.

Süjetdə Azərbaycanda ətraf mühitin mühafizəsi tədbirləri biomüxtəlifliyin qorunmasından çox kənara çıxdığı vurğulanıb. Milli institutlar və şirkətlər, xüsusən də IDEA ətraf mühitin mühafizəsi sahəsində həm quruda, həm də dənizdə işləyirlər. Bu işlərin ən bariz nəticələrindən birini ölkə ərazisində milli parkların genişləndirilməsi və mühafizəsində görmək olar.

“Euronews”a açıqlama verən Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Mühafizəsi Xidmətinin rəis müavini Arzu Babayeva deyib:

“Dünyada biomüxtəlifliyin itirilməsi, iqlim dəyişikliyi, ekoloji təzyiq kimi bir çox ekoloji problemlər mövcuddur. İndi hərəkət etmək vaxtıdır. Gördüyümüz iş özümüz üçün deyil, dünya, təbiət və gələcək nəsillər üçündür”.

O, ilk mühafizə zonasının 1910-cu ildə yaradıldığını, sonra isə belə ərazilərin şəbəkəsinin genişləndiyini qeyd edib: “Hazırda 12 milli parkımız, doqquz dövlət milli qoruğumuz və 24 dövlət təbiət qoruğumuz var. Bu ərazilərdə nəsli kəsilməkdə olan və nadir növlər, məsələn, imperator qartalı, dağ ceyranları, qonur ayılar, ağ quyruqlu qartallar və başqaları yaşayır”.

Sujetdə vurğulanıb ki, hökumət milli parkların yaradılması üzərində işləyərkən IDEA kimi yerli təşkilatların işi daha da təsir edicidir. Belə ki, təşkilat bizonların Azərbaycanın şimal bölgələrinə qaytarılmasına, həmçinin Azərbaycanın ən mühüm sərvəti olan Xəzər dənizinin qorunmasına kömək ediblər.

WWF-in Azərbaycan ofisinin direktoru Elşad Əsgərov telekanal açıqlamasında bildirib ki, Qafqaz bölgəsinin simvolu olan bizon çox qədim zamanlarda Azərbaycanda yaşayıb: “Biz layihəyə 2018-ci ildə başlamışıq və bu ərazi bizonun hələ də bərpa oluna biləcəyi nöqtələrdən biri kimi seçilib. Bundan sonra biz Avropa zooparklarında hələ də Qafqaz bizonu genlərinə malik heyvanlar tapdıq. Ona görə də biz bura yalnız Qafqaz dağ bizonu cinsinin genlərinə malik olan fərdləri gətirdik. Onlar indi vəhşi təbiətdə yaşayırlar. Yayda alp qurşağında, soyuq mövsümdə isə qışda meşəyə enərək qışı meşəlik ərazilərdə keçirirlər”.

Müəllif qeyd edib ki, IDEA Xəzər dənizində layihələr üzərində işləyərkən eyni yanaşmadan istifadə edib.

“Mikroplastik çirklənmə Xəzər dənizinin üzləşdiyi digər əsas problemlərdən biridir. Böyük miqdarda plastik çirklənmə digər ölkələrdən qaynaqlanır və cərəyanlarla

Xəzər sahillərinə daşınır. Bu plastikin Xəzər sahilindən təmizlənməsi üçün IDEA-nın rəhbərliyi ilə bir sıra tədbirlər həyata keçirilir”, – deyə Coğrafiya İnstitutunun “Caspian Integrated Scientific Network” (CASPISNET)) proqramının koordinatoru Elnur Səfərov bildirib.

Materialda deyilir ki, bu ekoloji təhdidlər tərəfdaşlıq və məsuliyyətdən tutmuş planetin gələcəyinə qədər getdikcə daha geniş mövzuları gündəmə gətirir.

Oxunub: 229
Paylaş:
Digər xəbərlər

Manşet / Siyasət

24-12-2025, 08:30

Siyasətdə İlham Əliyev üslubu

Manşet / Cəmiyyət

12-12-2025, 06:00

Ümummilli lider Heydər Əliyevin anım günüdür

Manşet / Siyasət

31-08-2025, 18:50

Leyla Əliyeva və Arzu Əliyeva Bilgəhdə təmizlik aksiyasında iştirak etdilər

Manşet / Siyasət

27-08-2025, 10:11

Prezident İlham Əliyev “Əl-Ərəbiyə” kanalına müsahibə verib: Ölkə başçısından mühüm mesajlar(CANLI)

Manşet

22-08-2025, 12:30

QHT Agentliyi qrant müsabiqəsi ELAN ETDİ

Araşdırma
Milyarder Fərhad Əhmədova ŞOK: 5 milyonluq borca görə 100 milyonluq əmlakı əlindən alınır!
Ən çox etibarlı işlənmiş alman MAŞINLARI
Kriminal
23-02-2026, 14:00
Bakıda ana oğlunun qatilini bağışladı
4-02-2026, 15:00
Qardaşı uşaqlarını baltalayan əmi həbsdə öldü – Səbəbi bilindi
4-02-2026, 11:00
Bakıda qızı tərəfindən bıçaqlanan ata öldü
16-01-2026, 11:00
Tovuzda iki gənc narkotikə görə saxlanıldı
10-01-2026, 14:00
Ötən gün Azərbaycanda 72 nəfər saxlanılıb – Səbəb
27-12-2025, 12:00
Özünü şəhid xanımı kimi təqdim etdi: 22 min mənimsədi
Son xəbərlər
  • 25-02-2026, 09:30
    Moskvada Leyla Əliyeva adından iftar verildi
  • 24-02-2026, 16:00
    Şok iddia – məşhur mesajlaşma platformasının rəhbərinə ağır ittiham
  • 24-02-2026, 14:00
    Prezident Naxçıvanla bağlı sərəncam imzaladı
  • 24-02-2026, 12:00
    İcbari tibbi sığorta ilə sevindirici xəbər
  • 24-02-2026, 09:30
    Sabah AMEA-da Ramiz Mehdiyevin məsələsinə baxılacaq
  • 24-02-2026, 08:00
    Bu gün Novruzun ilk çərşənbəsidir
  • 23-02-2026, 15:30
    Aldığımız mandarin nə üçün tez kiflənir?
  • 23-02-2026, 14:30
    Kəmaləddin Heydərovun iki müavini vəzifədən azad edildi – Sərəncam
  • 23-02-2026, 14:00
    Bakıda ana oğlunun qatilini bağışladı
  • 23-02-2026, 13:30
    Kəmaləddin Heydərovun müavinlərinin adı FHN-in saytından çıxarıldı
  • 23-02-2026, 09:30
    Təhlükəsizlik səviyyəsi yüksəldi – rəsmi qurumlar xəbərdarlıq etdi
  • 22-02-2026, 19:30
    Pensiya və müavinətlərlə bağlı mühüm YENİLİK – 5 manat…
  • 22-02-2026, 19:00
    Ramazanın 5-ci gününün duası – İmsak və iftar vaxtı açıqlandı
  • 22-02-2026, 07:00
    “WhatsApp” “Telegram”ın daha bir funksiyasını oğurlayır
  • 20-02-2026, 13:30
    “Sağlamlıq ucuz məhsula qurban verilməməlidir” – EKSPERT DANIŞDI
  • 20-02-2026, 12:00
    Səngərlərdəki Ukrayna qoşunları ciddi təhlükə ilə üzləşib
  • 20-02-2026, 10:00
    Uşaqlı qadınlara əlavə kompensasiya veriləcək – Yeni qərar
  • 20-02-2026, 07:00
    “Mehdiyev işi” ətrafında müəmma – Pərdəarxasında nələr baş verir?
  • 16-02-2026, 17:00
    Bakıda və bölgələrdə külək güclənəcək – Xəbərdarlıq
  • 16-02-2026, 16:30
    Serbiya qırıcıları Prezidentin təyyarəsini belə müşayiət etdilər
  • 16-02-2026, 06:00
    Emin Hüseynov Azərbaycanı tərk edərkən nə baş verib? – Nadir FAKT
  • 14-02-2026, 14:30
    Zakir Həsənov kollegiya iclası keçirdi, tapşırıqlar verdi
  • 14-02-2026, 13:00
    “Separatçıları əfv edə bilərsinizmi” sualına Prezidentin cavabı
  • 14-02-2026, 08:00
    Vaşinqtondan sərt siqnal: İran istiqamətində hərbi planlar genişlənir
  • 13-02-2026, 16:30
    Fevralda bahar havası: neçə gün davam edəcək?
  • 13-02-2026, 16:00
    Ata Abdullayev azadlığa çıxdı
  • 13-02-2026, 13:00
    Prezident Münhen Təhlükəsizlik Konfransında iştirak edəcək
  • 13-02-2026, 11:30
    ABŞ-da qəribə insident – əyləncə şarları kartel dronu kimi məhv edildi
  • 12-02-2026, 11:00
    Eldar Əzizov yola salınır: yerinə o gətiriləcək
  • 12-02-2026, 07:00
    Bu bank kartları ilə bağlı xəbərdarlıq: qəfil bloklana bilər – Səbəb
  • 12-02-2026, 00:30
    “Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır
  • 11-02-2026, 11:00
    İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanladı
  • 11-02-2026, 10:30
    Bu gündən yağıntılar kəsiləcək, temperatur yüksələcək
  • 10-02-2026, 22:30
    Pensiyanızın nə qədər artdığını bu cür hesablayın
  • 10-02-2026, 21:00
    Azərbaycan və ABŞ humanitar minatəmizlənmə sahəsində əməkdaşlığı artıracaq
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Peşə etikası
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • E-mail: gundem24.az@gmail.com
  • Telefon: (+99455) 384 61 39
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Səhiyyə
  • Şou-biznes
  • Maraqlı
  • Dünya
  • Analitika
  • Video
Müəllif hüquqları qorunur.Gundemtv.az 2025
Gundemtv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə