AMEA-nın prezidenti İsa Həbibbəyli baldızı oğlunun güllələnməsi xəbərinə reaksiya verib.
KONKRET.az-ın əməkdaşının məsələ ilə bağlı sualını akademik çox sakit şəkildə belə cavablandırıb: “Mən eşitməmişəm. İndi gəlmişəm evə, xəbərim yoxdur”.
Bakıda “Neftçilər” metrosu yaxınlığında ağır cinayət hadisəsi baş verib.
Gündəmtv.az “Konkret.az”a istinadla xəbər verir ki, həmin ərazidə yaşayan Nicat adlı şəxs öz evində güllələnərək qətlə yetirilib.
Hadisənin təfərrüatları araşdırılır və rəsmi qurumlar tərəfindən hələlik geniş açıqlama verilməyib.
Qətlə yetirilən şəxsin tanınmış akademik, Milli Məclisin deputatı, Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəylinin baldızı oğlu olduğu da iddia edilir. Bu məlumat da hazırda dəqiqləşdirilir.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. Hadisənin motivi və səbəbləri ilə bağlı araşdırmalar davam edir.
İctimaiyyətə əlavə məlumat veriləcək.
Oxunub: 152