Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təyyarəsi Yaxın Şərq Sülh Sammitinin keçirildiyi Şarm əl-Şeyx hava limanına ikinci cəhdində eniş edib.
Gündəmtv.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, Ərdoğanın təyyarəsi ilk cəhddə hava limanının uçuş-enmə zolağından yan keçib və Qırmızı dəniz üzərində bir müddət dövrə vurduqdan sonra yerə enib.
Ərdoğanı sammitdə Misir Prezidenti Əbdülfəttah əs-Sisi qarşılayıb. Türkiyə prezidenti sammitdə iştirak edəcək və toplantı çərçivəsində bir sıra ölkələrin liderləri ilə görüşlər keçirəcək.
Oxunub: 9