Rumıniya mediasının məlumatına görə, ölkənin hava qüvvələri sərhəd yaxınlığında naməlum dron aşkarlayaraq müdaxilə edib.
gundemtv.az xəbər verir ki, sentyabrın 13-də, saat 18:05-də Fetesti şəhərində yerləşən 86-cı aviabazadan havaya qalxan iki F-16 qırıcı təyyarəsi vəziyyəti nəzarətə götürüb. Hadisə Rusiyanın Ukraynanın Dunay bölgəsində infrastruktur obyektlərinə endirdiyi aviazərbələr fonunda baş verib.
Əli Səfərli,
gundemtv.az
Oxunub: 147