Avropa İttifaqı Ukraynaya daha 1 milyard avro maliyyə yardımı ayırıb.Gündəm24.az xəbər verir ki, Avropa Komissiyasının məlumatına görə, vəsait dondurulmuş Rusiya dövlət aktivlərindən əldə edilən faiz hesabına ödəniləcək.
Bu ödənişlə birlikdə Aİ müharibə başlayandan bəri Ukraynanın ən böyük donor dövlətlər birliyi statusunu bir daha təsdiqləyib.
Ümumilikdə, Aİ-nin Kiyevə yardımı 170 milyard avronu keçib.
Mövlam RZALI,
Gündəm24.az
Oxunub: 121