Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti müxalif “Vahid Milli Hərəkat” Partiyasının liderlərindən biri, keçmiş sədr Levan Xabeişvilini saxlayıb. Bu barədə jurnalist Mişa Mşvildadze məlumat verib.
gundemtv.az xəbər verir ki, qurum faktı təsdiqləsə də, təfərrüatları açıqlamayıb. Bildirilir ki, yaxın saatlarda brifinq keçiriləcək.
Qeyd edək ki, Xabeişvili daha əvvəl oktyabrın 4-də — yerli özünüidarəetmə orqanlarına seçkilər günü “sülh yolu ilə inqilab” elan edəcəyini bəyan etmişdi. Saakaşvili tərəfindən qurulan “Milli Hərəkat” isə seçkiləri boykot edir.
Əli Səfərli,
gundemtv.az
Oxunub: 115