Avropa ölkələri 2026-cı ilin sonuna qədər Rusiya qazının idxalını tamamilə dayandıracaq. Gündəm24.az xəbər verir ki, bu barədə ABŞ energetika naziri Kristofer Rayt bildirib.
“Onlar açıq şəkildə bəyan ediblər ki, gələn ilin sonuna – 2026-cı ilin sonunadək Rusiya qazının hər hansı formada idxalı dayandırılacaq. Bu ilin sonuna qədər hələ də spot müqavilələrlə qaz ala bilərlər, 2026-cı ildə də uzunmüddətli müqavilələr qüvvədə qalacaq. Lakin 2027-ci il yanvarın 1-dən etibarən Avropada Rusiya qazı olmayacaq”, – deyə nazir vurğulayıb.
Mövlam RZALI,
Gündəm24.az
Oxunub: 21