Sentyabrın 1-nə Naxçıvan MR üzrə uçotda olan 52 865 vergi ödəyicisinin 94.7 faizi fiziki şəxslər, 5,3 faizi hüquqi şəxslər və digər təşkilatlar olub.
Gündəm 24.az xəbər verirki, Dövlət Vergi Xidmətindən verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 7,7 faiz artıb.
O cümlədən fiziki şəxslərin sayı 9,2 faiz, hüquqi şəxslərin sayı isə 6,2 faiz artıb. Qeydiyyatda olan kommersiya qurumlarının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,6 faiz artıb.
Cari ilin yanvar-avqust aylarında kommersiya qurumlarının 86,5 faizi elektron, 13,5 faizi kağız daşıyıcısı əsasında qeydiyyata alınıb.
Oxunub: 29