Apple flaqman smartfonunun təkmilləşdirilmiş versiyası, iPhone 17 Pronu təqdim edib.Gündəm24.az xəbər verir ki, yeni model 6,9 düymlük ekrana, 6 nüvəli CPU və 5 nüvəli GPU prosessoruna sahibdir.
Şirkət nümayəndələrinin sözlərinə görə, batareya istehlakı 40 faiz optimallaşdırılıb.
Tam şarjla cihaz 39 saat fasiləsiz video izləməyə imkan verir.
iPhone 17 Pro 18 MP-lik ön kamera və 48 MP əsas kamera ilə təchiz olunub.
Yenilənmiş süni intellekt texnologiyası çəkiliş zamanı rəngin tənzimlənməsi və səs-küyün azaldılmasına kömək edir.
Mövlam RZALI,
Gündəm24.az
Oxunub: 32