İsrail ordusu Livanın şərqindəki Bekaa bölgəsində “Hizbullah” hədəflərinə hava zərbələri endirdiyini açıqlayıb. Hərbi məlumatlara görə, zərbələr nəticəsində düşərgələr və silah anbarları məhv edilib.
gundemtv.az xəbər verir ki, ordu bildirir ki, bu obyektlər döyüşçülərin hazırlanması üçün istifadə olunub və İsrail üçün təhlükə yaradırdı.
Livan mənbələri zərbələrin ölkənin daxili bölgəsi olan El-Hermel ərazisinə, İsrail sərhədindən təxminən 100 km məsafəyə endirildiyini qeyd edirlər.
Əli Səfərli,
gundemtv.az
Oxunub: 23