Rusiya prezidenti Vladimir Putinin avqustun 19-da Bakıya səfəri gözlənilir.
Gündəmtv.Az xəbər verir ki, bu barədə BRIEF Telegram kanalı yazıb.
“Mənbənin dediyinə görə, hazırda bu səfərə hazırlıq gedir", -Telegram kanal yazır.
Tekegram kanala onu da yazıb ki. səfər zamanı keçiriləcək görüşdə əsas müzakirə olunancaq məsələlərdə biri də Rusiya qazının nəqli məsələsi olacağı gözlənilir.
Mənbələrin bildirdiyinə görə, Moskva və Bakı bir neçə aydır ki, bu məsələni müzakirə edir, Türkiyə sövdələşmənin qarantı kimi çıxış edir. İyulun əvvəlində Ukrayna prezidenti Vladimir Zelenski Bloomberg-ə müsahibəsində bildirib ki, Kiyev bu ilin sonunda "Qazprom"la tranzit sazişi başa çatdıqdan sonra Azərbaycan qazının öz ərazisi ilə Aİ-yə nəqli imkanlarını araşdırır.