Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi baş nazirin yeni müavini və ədliyyə naziri təyin edilib.
Gündəm24.az xəbər verir ki, bu barədə BBC News məlumat yayıb.
Baş nazirin müavini Angela Raynerin vergi qalmaqalına görə istefa verməsindən sonra baş nazir Keir Starmer hökumətdə dəyişiklik edib.
İvette Kuper yeni xarici işlər naziri, Şabana Mahmud isə daxili işlər naziri təyin edilib. İain Murrey Şotlandiya üzrə dövlət katibi vəzifəsini itirib, Lüsi Pauel isə İcmalar Palatasının lideri vəzifəsini tərk edib.
Yaxın gələcəkdə Nazirlər Kabinetində daha çox dəyişikliyin olacağı gözlənilir.
Mövlam RZALI,
Gündəm24.az
Oxunub: 38